VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


MDB ölkələrinin, xüsusən də Rusiyanın mağazalarında “Çin istehsalı plastik düyü”nün aşkarlanması bu süni məhsulun Azərbaycan bazarlarına düşmək təhlükəsi barədə danışır.

BAKU.WS
xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

“Böyük ehtimal var ki, bu məhsul bizim mağazalarda da satıla bilər. Diqqətli olmaq lazımdır. Plastik düyünün Rusiya mağazalarında peyda olması Azərbaycanın müvafiq qurumları üçün həyəcan siqnalı olmalıdır”, - müsahibimiz bildirib.

Fürsətdən istifadə edərək, o müştəriləri sayıq olmağa və yalnız sınanmış düyü almağa çağırıb.

BAKU.WS