VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 31-də 79,46 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,87 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 31-də 78,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,95 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 31-də 75,3 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 31-də 76,47 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,52 dollar/barel çoxdur.

BAKU.WS