» » Azərbaycanda dolların bahalaşacağı xəbərlərinə CAVAB


16-04-2018 | 17:00

  • 5 845

Azərbaycanda dolların bahalaşacağı xəbərlərinə CAVAB


“Dünya bazarında son üç il yarımı əhatə edən dövr üçün neftin qiymətinin 2018-ci ilin cari dövründə maksimum səviyyələrdə qərarlaşması ölkənin xarici sektor göstəricilərinə pozitiv təsir etməklə tədiyyə balansında profisitin yaranması ilə nəticələnib. Bu da, öz növbəsində manatın məzənnəsinin sabitliyini təmin edir, hətta milli valyutanın bahalaşması üçün təzyiq yaradır”.

Bunu “APA-Economics”ə açıqlamasında iqtisadçı-ekspert Qulu İbrahimli deyib. Onun fikrincə, hökumətin və Azərbaycan Mərkəzi Bankının hazırda qəbul etdiyi qərarlar və tənzimləmələr manatın möhkəmlənməsinin qarşısını almaq yönündədir: “Ona görə də manatın ucuzlaşacağı ilə bağlı son günlər cəmiyyətdə yaranan ajiotajın heç bir əsası yoxdur. Belə ki, Mərkəzi Bankın analitik balansının təhlilindən də görünür ki, bazarda xarici valyuta artıqlığı mövcud olub və bunu aradan qaldırmaq, eyni zamanda manatın bahalaşmasının qarşısını almaq üçün Mərkəzi Bank valyuta alışı edib. Son aylar pul bazasında müşahidə olunan artımda Mərkəzi Bankın bazardan izafi xarici valyutanın yığmasının da rolu olub".

Dollara tələbat artmayıb

Qulu İbrahimli qeyd edib ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında Dövlət Neft Fondu (ARDNF) tərəfindən daha çox valyuta satılmasının ölkədə dollara olan tələbatın artması kimi qiymətləndirilməsi düzgün deyil. Ekspert bildirib ki, hələ ötən il, 2017-ci ilin dövlət büdcəsinin tərtibi zamanı hökumət tərəfindən ARDNF-nin dövlət büdcəsinə transfertlər çərçivəsində 2018-ci ildə satılacaq valyutanın həcmi müəyyənləşdirilib: “Yanvar-mart aylarında Fondun satdığı xarici valyuta aylar üzrə hələ əvvəlcədən müəyyən olunan bölgüyə uyğun olub, burda valyutaya tələb artımından söhbət gedə bilməz. Neft Fondu dövlət büdcəsi qarşısında transfert öhdəliyini manatla həyata keçirdiyindən, xarici valyutanı satıb manata çevirir. Nəzərə alsaq ki, 2018-ci ilin dövlət büdcəsində “Azərbaycan Beynəlxalq Bankı”nın xarici öhdəliklərinin yerinə yetirilməsinə vəsait yönəldilməsi nəzərdə tutulub, deməli, həmin xarici öhdəliyin yerinə yetirilməsi üçün Fondun satdığı valyutadan əldə edilən manat kütləsi təkrar xarici valyuta alışına yönəldilib. Göründüyü kimi, Fondun valyuta satışı dövlət büdcəsinin icrası prosesində adi bir prosedurdur, valyuta tələbi artımı ilə heç bir əlaqəsi yoxdur”.

Dollar ucuzlaşacaq, manat bahalaşacaq

2018-ci ildə dünya bazarında neftin qiymətini şərh edən ekspertin sözlərinə görə, “qara qızıl”ın qiyməti indiki səviyyələrdə qalacaq. Qulu İbrahimli bildirib ki, hətta neftin bahalaşması ehtimalının yüksək olmasını şərtləndirən əsas səbəblərdən biri Amerika Mərkəzi Bankının (FED) ilin sonunadək daha üç dəfə faiz artımına getməsi ehtimalıdır. “Hesab edirəm ki, FED-in faiz qərarlarında inflyasiya hədəfinə nail olmaq baxımından neftin qiyməti əsas rol oynayır. Faiz qərarları ilə neftin qiymətindəki yuxarı yönlü dinamika arasında müşahidə olunan düz mütənasiblik əlaqəsi də bunu deməyə əsas verir. ABŞ-da 2018-ci ilin sonunadək faiz artımı qərarları olması yenə də neftin qiymətinin yuxarı olması halında mümkün ola bilər. Deməli, dünyada siyasi iradə neftin qiymətinin ən azı indiki səviyyədə saxlamaq yönündədir və bu da nəyin bahasına olursa-olsun təmin olunacaq. Manatın ucuzlaşacağı yönündəki psixoloji gərginlik də müvəqqəti xarakter daşıyır. Düşünürəm ki, neftin qiymətinin mövcud səviyyələrində Azərbaycan Mərkəzi Bankı və hökumətin manatın bahalaşmasının qarşısını almaq yönündəki davranışları tədricən təsirsiz olacaq, mövcud məzənnə qismən aşağı düşəcək, yəni manat bahalaşacaq,” – deyə Q. İbrahimli vurğulayıb.

Manata inam artır

Azərbaycanın keçmiş maliyyə naziri, iqtisadçı-ekspert Fikrət Yusifov da manatın dollar qarşısında ucuzlaşması fikrinə münasibət bildirib və əlavə edib ki, bunun üçün heç bir əsasın olmadığı qənaətindədir. F. Yusifov qeyd edib ki, milli valyutanın məzənnəsinə təsir edə bilən əsas amillərdən biri neftin dünya bazarlarındakı qiymətidir. “Neftin qiymətlərində isə yaxın zamanlarda hər hansı bir ciddi dəyişikliklərin baş verməsi gözlənilmir. Eyni zamanda, son üç ay içərisində bizim qeyri-neft sektoru üzrə ixracımızın həcmi ötən ilin birinci rübü ilə müqayisədə 37 faiz artıb. Yəni, real sektordan da ixracımız artıq valyuta gətirir. Doğrudur, bu hələlik böyük həcmlərdə deyil. Ancaq hər halda 37 faiz artım bizə deməyə əsas verir ki, qeyri-neft sektorundan da irəliləyişlər edə bilirik. Hesab edirəm ki, bu, ilk növbədə qeyri-neft sektorunun əsas aparıcı sahələrindən olan aqrar sektorun, qeyri-neft sənayesinin inkişafı hesabınadır. Həmçinin, Azərbaycan üzərindən keçən, beynəlxalq nəqliyyat xətləri də artıq fəaliyyətə başlayıb. Buradan əldə edilən valyuta gəlirləri də manatın məzənnəsinə dəstəkdir. Ona görə də hesab edirəm ki, bu gün manatın məzənnəsi ilə bağlı bizi narahat edəcək heç nə yoxdur,” – deyə F. Yusifov bildirib.

Ekspert vurğulayıb ki, son vaxtlar insanların manata etibarı xeyli artıb. F. Yusifovun fikrincə, bu inamın əsas göstəricisi son aylar ərzində banklarda əhalinin manatla olan əmanətlərində müşahidə olunan müsbət dinamikadır: “Yəni, Azərbaycan vətəndaşlarının banklarda manatla əmanət yatırımları artır. Bu, artıq manatın sabitliyinin və vətəndaşlarımızın bu sabitliyə inamının göstəricisidir. Bununla yanaşı, manat sabitdirsə, deməli, istənilən investor buna güvənib, öz yatırımlarını edə bilir. Bu isə iqtisadiyyatın inkişafı deməkdir. Milli valyuta sabit olmayan zaman daxili və ya xarici investor yatırım etməyə qorxur. Manatın sabit olması bu baxımdan da iqtisadiyyata, real sektorun inkişafına təkan verəcək amillərdən birinə çevrilir”.

Manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk yoxdur

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili də ekspertlərlə həmfikirdir. Millət vəkili son günlər manatın xarici valyutalar qarşısında mövqelərinin guya zəifləyəcəyi ilə bağlı informasiyaların heç bir iqtisadi təhlilə əsaslanmadığını qeyd edib. T. Mirkilişinin sözlərinə görə, 2018-ci ilin I rübünün iqtisadi yekunlarını təhlil etdikdə bunun üçün heç bir əsasın olmadığı açıq-aydın görünür. “1-ci rübün nəticələrinə görə, ölkədə iqtisadiyyat 2,3% artıb, iqtisadiyyata 3,5 milyard dollar investisiya qoyulub. Ötən dövr ərzində valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq, hazırda 44,2 milyard dollara bərabər olub. Xarici ticarət dövriyyəmiz 31 faiz, ixracın həcmi isə 24 faiz artıb. İnflyasiya birinci rübdə cəmi 4 faiz olub, əhalinin gəlirləri isə 10 faiz artıb. Hazırda dünya bazarlarında Azərbaycan neftinin qiyməti 70 dollardan yüksəkdir, dövlət büdcəsinin uğurla yerinə yetirilməsi üçün isə nəzərdə tutulmuş rəqəm 45 dollardır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Belə bir şəraitdə manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk yoxdur,” – deyə millət vəkili vurğulayıb.

BAKU.WS
Teqlər: dollar manat AZN valyuta
Top XəbərlərЛучшее на сайте
Bakıda alt geyimində intihar edən qadının kimliyi məlum oldu – VİDEO Bakıda alt geyimində intihar edən qadının kimliyi məlum oldu – VİDEO Əsas Xəbər / Hadisə Bakıda dəhşətli anlar - qadın alt geyimində özünü 17-ci mərtəbədən atdı - VİDEO Bakıda dəhşətli anlar - qadın alt geyimində özünü 17-ci mərtəbədən atdı - VİDEO Hadisə / Video Bakıda alt geyimində intihar edən qadın barədə YENİ FAKTLAR - VİDEO Bakıda alt geyimində intihar edən qadın barədə YENİ FAKTLAR - VİDEO Hadisə / Video Bakı metrosunda biabırçılıq – Qısa ətəyə görə dava - VİDEO Bakı metrosunda biabırçılıq – Qısa ətəyə görə dava - VİDEO Hadisə / Video Emin Ağalarov ikinci dəfə ailə qurdu - VİDEO Emin Ağalarov ikinci dəfə ailə qurdu - VİDEO Əsas Xəbər / Həyat tərzi “Ancaq pullu kişilərlə görüşürəm” – yandırıb-yaxan Aygün - FOTOLAR “Ancaq pullu kişilərlə görüşürəm” – yandırıb-yaxan Aygün - FOTOLAR Şou-biznes Gəncədə terror törədən şəxs məhv edildi Gəncədə terror törədən şəxs məhv edildi Əsas Xəbər / Hadisə Tuneldə yolu bağlayıb şou göstərən sürücülər tapıldı - VİDEO Tuneldə yolu bağlayıb şou göstərən sürücülər tapıldı - VİDEO Hadisə / Video Sürücülərə ŞAD XƏBƏR - Yeni qərar qəbul edildi Sürücülərə ŞAD XƏBƏR - Yeni qərar qəbul edildi Sosial Bakıda alt geyimində intihar edən qadın barədə YENİ XƏBƏR –  VİDEO Bakıda alt geyimində intihar edən qadın barədə YENİ XƏBƏR – VİDEO Əsas Xəbər / Hadisə Bakıda tuneli bağlayıb, əylənən gənclərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO Bakıda tuneli bağlayıb, əylənən gənclərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO Əsas Xəbər / Video Adnan Oktarın azərbaycanlı Adnan Oktarın azərbaycanlı "kedicikləri" ayağa qalxdı: Bakıda məmur övladlarıyla.. - FOTO,VİDEO Kriminal / Video Həyacan təbili! Bakı bulvarında iri qara ilanlar peyda oldu - VİDEO Həyacan təbili! Bakı bulvarında iri qara ilanlar peyda oldu - VİDEO Şou-biznes / Sosial Bakının mərkəzində qəribə hadisə - avtomobilə ciddi zərər dəydi (VİDEO) Bakının mərkəzində qəribə hadisə - avtomobilə ciddi zərər dəydi (VİDEO) Hadisə / Video Eldar Əzizov Bakı meriyasına gətirildi – YENİ TƏYİNAT Eldar Əzizov Bakı meriyasına gətirildi – YENİ TƏYİNAT Əsas Xəbər / Həyat tərzi Xəzər dənizini qanunsuz zəbt edən tikililər söküləcək – CİNAYƏT İŞİ BAŞLANDI Xəzər dənizini qanunsuz zəbt edən tikililər söküləcək – CİNAYƏT İŞİ BAŞLANDI Sosial Röya əkizlərə belə cavab verdi: Ay qızlar, durun... - FOTO, VİDEO Röya əkizlərə belə cavab verdi: Ay qızlar, durun... - FOTO, VİDEO Şou-biznes İlham Əliyevdən Əli Həsənov, Azad Rəhimov və Əflatun Amaşovla bağlı SƏRƏNCAM İlham Əliyevdən Əli Həsənov, Azad Rəhimov və Əflatun Amaşovla bağlı SƏRƏNCAM Əsas Xəbər / Siyasət Bakıda oteldə ərəb öldü – FOTO Bakıda oteldə ərəb öldü – FOTO Əsas Xəbər / Hadisə Emma Ələkbərzadənin paylaşdığı video rəsmi qurumları hərəkətə gətirdi - VİDEO Emma Ələkbərzadənin paylaşdığı video rəsmi qurumları hərəkətə gətirdi - VİDEO Əsas Xəbər / Sosial
Son əlavəПоследние публикации
Dolların bu günə olan məzənnəsi
20 iyul 2018

Dolların bu günə olan məzənnəsi

10 İqtisadiyyat
Azərbaycan nefti cüzi ucuzlaşıb
19 iyul 2018

Azərbaycan nefti cüzi ucuzlaşıb

172 İqtisadiyyat
Qubada soyğunçuluq edən dəstə tutulub
19 iyul 2018

Qubada soyğunçuluq edən dəstə tutulub

249 Kriminal
Ronaldudan kral bəxşişi: 20 min avro
19 iyul 2018

Ronaldudan kral bəxşişi: 20 min avro

728 İdman
Aygün Bəylərə ağır itki - FOTO
19 iyul 2018

Aygün Bəylərə ağır itki - FOTO

679 Şou-biznes
Dolların sabaha olan məzənnəsi açıqlandı
19 iyul 2018

Dolların sabaha olan məzənnəsi açıqlandı

130 İqtisadiyyat
Bakıda daha iki marşrut xətti fəaliyyətə başlayacaq
19 iyul 2018

Bakıda daha iki marşrut xətti fəaliyyətə başlayacaq

396 Əsas Xəbər / Sosial