SİZİN REKLAM BURADA!
055 213 76 73



"Büdcə dayanıqlığının təmin edilməsi, eyni zamanda makroiqtisadi sabitliyin təmin olunması baxımından fundamental risklər gözləmirik".

"APA-Economics"in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Onun sözlərinə görə, manatın məzənnəsi ilə bağlı aprelin 9-da Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov tərəfindən kifayət qədər ətraflı məlumat verilib.

S.Şərifov may ayında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılıb-baxılmayacağı ilə məsələyə də aydınlıq gətirib .

"Büdcə sistemi haqqında qanunvericilik büdcəyə yenidən baxılmasına imkan verir. Amma may ayında dövlət büdcəsinə yenidən baxılıb-baxılmayacağı ilə bağlı indidən konkret fikir söyləmək tezdir", - deyə S.Şərifov vurğulayıb.

BAKU.WS