VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov vəzifəsindən azad olunub.

"APA-Economics" nazirliyin saytına istinadən xəbər verir ki, İ.Məmmədovun adı nazir müavinləri siyahısından çıxarılıb.

Qeyd edək ki, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli sərəncamı ilə Əli Abdullayev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib. Bundan əvvəl, Ə. Abdullayev rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini olub. O, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 23.06.2016-cı il tarixində rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

Bundan başqa, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli digər sərəncamı ilə Elmir Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub.

Qeyd edək ki, bundan əvvəl E.Vəlizadə rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsində çalışıb. O, bu vəzifəyə 2014-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə təyin edilib.

BAKU.WS