VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 16-da 70,98 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,65 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 16-da 70,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,67 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 16-da 67,93 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,68 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 16-da 69,67 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur.

BAKU.WS