SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın yenidən müstəqilliyini qazandığı 1991-ci ildə Azərbaycan iqtisadiyyatı da öz müstəqilliyinə qovuşdu. Para brendi altında fəaliyyət göstərən Parabank da məhz həmin ildən etibarən fəaliyyətə başlayaraq bu iqtisadiyyatın aparıcı qüvvələrindən birinə çevrilməyi bacardı.

Bank bu dövrdə öz şəbəkəsini inkişaf etdirməyə başladı və Kommersiya Bankları Assosiyası və İnterbank Valyuta Mübadiləsi təşkilatlarının üzvü seçildi.

2003-cü ildə Pricewaterhousecoopers Parabankın illik hesabatını yoxlayaraq onun beynəlxalq İFRS standartına uyğun olunmasını təsdiq etdi. Bu son deyildi, şirkətin uğurları durmadan davam edirdi. Parabank daha sonra Millikart Prossesinq mərkəzinin yaradıcılarından biri oldu və Visa Beynəlxalq Ödəniş Sistemlərinə üzv seçildi.

Bank, Western Union pul köçürmə sisteminin Azərbaycanda rəsmi nümayəndəsi seçilmişdi və ölkəmizin 26 bankında o cümlədən Azərpoçt-un 140 məntəqəsində bu pul köçürmə sisteminin yaranmasına nail oldu.

2016-cı ildə Parabank öz strategiyasını yenidən gözdən keçirmiş və qısa müddətli durğunluqdan sonra Bank Olmayan Kredit Təşkilatı lisenziyası ilə geri dönmüşdür. Para brendi altında PARABOKT adı ilə yenidən müştərilərinə xidmət göstərməyə başlamışıdır.

Bu addımı atmaqda məqsəd Para brendinin öz missiyalarına tam sadiq qalma istəyi idi. Müştəriləri və partnyorları qarşısında öhdəlikləri hər zaman yerinə yetirən şirkət bank olaraq fəaliyyətini dayandırdıqdan sonra bütün müştərilərinin borcunu ödəmişdir. Bundan əlavə PARABOKT olaraq şirkət müştərilərə təqdim etdiyi xidmətlərdə ən yaxşı olmağı və daima yenilənməyi də özünə hədəf seçib.

Hal-hazırda ölkədə 16 PARA filialı fəaliyyət göstərir. Bunlardan 8-i paytaxt Bakıda, 8-i isə regionlarda fəaliyyət göstərir. PARABOKT-un hazırda əsas xidmət istiqaməti isə Lombard və Biznes kreditləridir. Qızılın tam əyarı həcmində ödənişlər edən PARABOKT müştəriləri arasında da xüsusi rəğbətə sahibdir.
Bütün xidmətləriylə insanların gələcək qayğısını azaltmağı, arzularını reallaşdırmağı düşünən PARABOKT maksimal faiz dərəcəsi illik 21.8%-dək olan İstiqraz satışını da həyata keçirir. Burada yüksək gəlirli İstiqrazlar alaraq hər kəs uğurlu gələcəyini təmin edə bilər!

26 il boyunca qazanılan təcrübəyə əsaslanaraq PARABOKT hər bir müştərisinə fərdi münasibət göstərir və onlar üçün unikal həllər təklif edir. Məhz elə bu səbəbdən PARA brendinin geri dönməsi özəlliklə sadiq müştəriləri sevindirib.
 
Siz də arzularınızı gerçəkləşdirmək üçün PARA-ya güvənə bilərsiniz!

BAKU.WS