Vahid Ələkbərov Mübariz Mənsimovun “ölüm ayağında” olduğunu açıqladı
» » Vahid Ələkbərov Mübariz Mənsimovun “ölüm ayağında” olduğunu açıqladı


09-11-2017 | 17:21

  • 19 163

Vahid Ələkbərov Mübariz Mənsimovun “ölüm ayağında” olduğunu açıqladı


Xəbər verildiyi kimi 2017-ci il sentyabrın sonlarında azərbaycanlı gəmiçilik maqnatı Mübariz Mənsimovun “Palmali” şirkəti digər azərbaycanlı maqnat Vahid Ələkbərovun “Lukoil” şirkətinin törəməsi olan “Litasco” treydinq şirkətini London məhkəməsinə verib. İddiaya əsasən “Litasco” “Palmali”yə 2 milyard dollar ödəməlidir.

BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, bu gün “Nezavisimaya qazeta” nəşri həmin iddia ətrafında baş verənlər haqda yazıb. Məqalədə deyilir ki, “Palmali” “Litasco”nu müqavilə öhdəliklərini yerinə yetirməməkdə, başqa sözlə “Palmali” ilə bağlanmış müqavilədə göstərilmiş həcmdə neft həcmi verməməkdə günahlandırır.

Buna cavab olaraq Vahid Ələkbərov bildirib: “Bu gün bildiyiniz kimi “Palmali” müflisləşmə ərəfəsindədir. Mən belə fikirləşirəm ki, bu məhkəmə iddiası sadəcə olaraq diqqəti yayındırmaq üçündür. Bizim əlimizdə sənəd var, hansı ki, onlar 2015-ci ildə imza atıblar ki, bizə hansısa iradları yoxdur”. (Qəzet Ələkbərovun açıqlamasını rns.online portalına istinadla verir)
Məqalədə deyilir ki, “Palmali”nin “Lukoil”un törəmə şirkətini məhkəməyə verib-verməməsi, bu iddianın nə dərəcədə əsaslı olması bir tərəfə, türk şirkətinin özü və onun sahibi qanunsuz işlərə getdikcə daha çox bulaşır.

Belə ki, 2013-cü ildə Rusiyada vergi xidmətinin yoxlaması zamanı “Palmali”nin bu ölkədəki törəmə şirkəti olan “Palmali” MMC-nin iri məbləğdə vergidən yayındığı üzə çıxıb.

2016-cı ilin yanvarında Rusiya İstintaq Komitəsinin Cənub istintaq idarəsi Federal Vergi Xidmətinin materialları əsasında “Palmali” MMC-nin direktoru Aleksey Mixeyelovun barəsində cinayət işi qaldırıb. O, iri məbləğdə vergidən yayınmaqda ittiham olunur. Direktorun bu vergi maxinasiyalarını özbaşına, yoxsa “Palmali”nin sahibi Mübariz Mənsimovla əlbir həyata keçirdiyi haqda suala müstəntiqlər cavab verməyiblər. Hərçənd ağlabatan deyil ki, Mənsimovun bunlardan xəbəri olmasın. Xüsusən də söhbət 1.2 milyard rubl vergidən yayınmadan gedirsə.


Sənədlərə əsasən 2013-cü ilin sonlarında Rostovda qeydiyyatdan keçmiş “Palmali” MMC-nin səhmlərinin sahibi olan Türkiyə şirkəti “Palmali” Gemi Hizmetleri ve Agentelik Anonim Sirketi Rusiyadakı firmanı satmağı qərara alır. Alıcı kimi isə Maltada qeydiyyatdan keçmiş “Palmali Holding Co. Ltd” çıxış edir. Baxmayaraq ki, hər iki şirkətin sahibi eyni adamdır-Mübariz Mənsimovdur. Başqa sözlə, bu alqı-satqı bir cibdən alıb o biri cibə qoymaqdır. Hərçənd “Deloitte Malta” audit şirkətinin hesabatına əsasən “Palmali” MMC 230 milyon dollara satılıb.

Bu sövdələşmənin əsasənda “Palmali” Gemi Hizmetleri və Agentelik Anonim Sirketi 2013-cü ildə “Palmali Holding Co. Ltd”-dən avans kimi 140 milyon dollar alıb. 2014-cü ildə isə pulun qalanı-40 milyon dollar ödənilib. Baxmayaraq ki, “Palmali” MMC-nin səhmlərini “Palmali Holding Co. Ltd” 2014-cü ilin yanvarında almışdı. Ən maraqlısı isə budur ki, alqı-satqı müqaviləsi 2015-ci il noyabrın 5-i tarixə imzalanıb. Lakin müqavilədə şirkətin 230 milyon dollara yox, 38 dəfə ucuz-6.1 milyon dollara satıldığı göstərilir. Nəticədə Türkiyə şirkəti Rusiya büdcəsinə 44.8 milyon dollar vergi ödəməli olduğu halda cəmi 1.22 milyon dollar ödəyib.


Lakin Mübariz Mənsimov təxmin edirdi ki, Rusiyanın vergi orqanları bu sövdələşməni araşdıracaqlar. Ona görə də tərəflər əvvəlcədən müqaviləyə belə bənd daxil etmişdilər: “Satıcı təminat verir ki, bu müqaviləni bir sıra şərtlər üzündən özü üçün olduqda əlverişsiz şərtlərlə bağlayır”.

Lakin həmin bənd “Palmali”ni xilas etmədi. Vergi orqanları bu maxinasiyanın üstünü açdı. “İstənilən biznes, xüsusən də böyük və ciddi biznes şirkətin imicinə əsaslanır. Bu dünyada belə deyirlər: “Siz mənim sözümü götürüb banka qoya bilərsiniz”. Mübariz Mənsimovun sözü isə bu gün belə təəsürat yaranır ki, heç əzik quruşa da dəymir. Demək olar ki, Mübariz Mənsimovun tanker donanması sürətlə dibə gedir. Onun şirkəti isə imicini, tərəfdarlarını, etibarını görünür çoxdan itirib”-“Nezavisimaya qazeta” yazır.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq Əsas Xəbər / İqtisadiyyat "Get işinlə məşğul ol" - Canlı efirdə Toliklə Dövlət Yol Polisi İdarəsi arasında gərginlik - VİDEO Şou-biznes / Video Azərbaycanda axşam çaxan ildırım dəhşətə SƏBƏB OLDU – Ölən var Azərbaycanda axşam çaxan ildırım dəhşətə SƏBƏB OLDU – Ölən var Hadisə Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR Əsas Xəbər / İqtisadiyyat "Kupalnik"i başına bəla olan 10 məşhur - FOTOLAR Şou-biznes Anar Nağılbazın ikinci həyat yoldaşı haqqında dəhşətli faktlar - anası AÇIQLADI - VİDEO Anar Nağılbazın ikinci həyat yoldaşı haqqında dəhşətli faktlar - anası AÇIQLADI - VİDEO Şou-biznes / Video Brilliant Dadaşova oğlunun doğum günündə ağladı - VİDEO Brilliant Dadaşova oğlunun doğum günündə ağladı - VİDEO Şou-biznes / Video Hacı Zeynalabdin Tağıyev barədə heç yerdə olmayan ŞOK FAKT - Hacının BUZ kimi ürəyi Hacı Zeynalabdin Tağıyev barədə heç yerdə olmayan ŞOK FAKT - Hacının BUZ kimi ürəyi Əsas Xəbər / Həyat tərzi Günün günorta çağı dənizdə sevişdilər - FOTOLAR Günün günorta çağı dənizdə sevişdilər - FOTOLAR Şou-biznes Mərkəzi Bankdan dolların məzənnəsilə bağlı VACİB AÇIQLAMA Mərkəzi Bankdan dolların məzənnəsilə bağlı VACİB AÇIQLAMA Əsas Xəbər / İqtisadiyyat Ərəb otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra peşman oldu – Bakı polisi hərəkətə keçdi Ərəb otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra peşman oldu – Bakı polisi hərəkətə keçdi Hadisə İşıqpulunun artıq yazılması ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA İşıqpulunun artıq yazılması ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Sosial Azərbaycanda görünməmiş qəddarlıq (FOTO) Azərbaycanda görünməmiş qəddarlıq (FOTO) Hadisə Tramp bunu gözləmirdi: dünya dolları türk lirəsinə dəyişdirir Tramp bunu gözləmirdi: dünya dolları türk lirəsinə dəyişdirir Dünya Azərbaycan ilk ödənişli körpü — Hər keçəndən pul alır (VİDEO) Azərbaycan ilk ödənişli körpü — Hər keçəndən pul alır (VİDEO) Əsas Xəbər / Video / Sosial Nazın Instagram səhifəsi bağlandı: +18 videoya görə Nazın Instagram səhifəsi bağlandı: +18 videoya görə Şou-biznes Samiraldo Anar Nağılbazla bağlı faktı açıqladı: Zaqulba yolunda məni maşına mindirib… -  VİDEO Samiraldo Anar Nağılbazla bağlı faktı açıqladı: Zaqulba yolunda məni maşına mindirib… - VİDEO Şou-biznes / Video “Qoca” ilə birlikdə qatardan qaçan dustaq bütün SİRLƏRİ AÇDI - “ Fədayə Laçın ilə birgə ...” “Qoca” ilə birlikdə qatardan qaçan dustaq bütün SİRLƏRİ AÇDI - “ Fədayə Laçın ilə birgə ...” Əsas Xəbər / Hadisə Fədayə Laçının həbs müddəti açıqlandı Fədayə Laçının həbs müddəti açıqlandı Əsas Xəbər / Kriminal Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO Əsas Xəbər / Hadisə / Video
Son əlavəПоследние публикации
Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ
14 avqust 2018

Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ

0 Həyat tərzi
Bayram namazının vaxtı açıqlandı
14 avqust 2018

Bayram namazının vaxtı açıqlandı

224 Əsas Xəbər / Həyat tərzi
14 avqust 2018

"Oğurluq edib bağ tikməmişəm" - Manaf Ağayev - VİDEO

3 699 Şou-biznes / Video
Sahil Babayevdən YENİ TƏYİNAT
14 avqust 2018

Sahil Babayevdən YENİ TƏYİNAT

318 Siyasət