SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın Volqoqrad şəhərində Azərbaycanın 10 qəpiyi “dövriyyəyə” buraxılıb.

BAKU.WS-in Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, şəhərin bir sıra mağaza və marketlərində məhsul alan müştərilərə qalıq pul qalanda 10 qəpik verilir.

Belə ki, 10 rus rublu Azərbaycanın 10 qəpiyinə çox bənzəyir. Son günlər bu hadisə ilə qarşılaşanların sayı sürətlə artır. Maraqlıdır ki, Rusiyada market və mağazalarda bu qədər 10 qəpik haradandır?

Satıcıların bu fırıldağına aldanan müştərilər məsələnin işıqlandırılması üçün jurnalistlərə müraciət ediblər.

BAKU.WS