VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 25-28 sentyabr tarixində Cənubi Koreya Respublikasının Busan şəhərinə keçirilən Beynəlxalq “ITU Telecom World 2017” sərgisinə qatılıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı - Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə keçirilən "ITU Telecom World 2017”-də Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini cənab Elmir Vəlizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. 4 gün davam edəcək tədbirin açılış mərasimi 25 sentyabrda Busan şəhərinin BEXCO sərgi və konfrans mərkəzində baş tutub.

"ITU Telecom World 2017” çərçivəsində keçirilən sərgi üzv ölkələr və İKT sahəsində fəaliyyət göstərən şirkətlərə innovativ xidmətlər, tətbiqlər və həlləri nümayiş etdirməyə imkan verir. Qeyd edək ki, müxtəlif dövlətləri təmsil edən 500-ə yaxın şirkətin qatıldığı sərgidə Azərbaycanın da milli pavilyonu quraşdırılıb. Milli pavilyondakı Bakcell stendindəsərgi iştirakçılarına Şirkətin xidmət və məhsulları təqdim olunur.

8000-ə yaxın dövlət rəsmisi, elm adamı və biznes liderlərin qatıldığı tədbirin əsas məqsədi kiçik və orta müəssisələrin texnoloji innovasiyalarını dəstələmək və rəqəmsal iqtisadiyyatın inkişafına tövhə verməkdir. Hər il keçirilən beynəlxalq tədbir iştirakçılar üçün biliklərin mübadiləsi, maraqlı müzakirələr, müxtəlif ölkələr, təşkilatlar və şəxslər arasında İKT sahəsində işgüzar əlaqələrin qurulmasına imkan verir. Tədbir zamanı süni intellektin telekommunikasiya şəbəkəsinə tətbiqi, əşyaların interneti sahəsində yeniliklərin və süni intellektin şəhər həyatına təsiri və ictimai xidmətlərin yüksək səviyyəyə çatdırılmasında oynadığı rol haqqında maraqlı sessiyalar və müzakirələr keçirilir.


Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

BAKU.WS