SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sentyabr ayında başa çatacaq. Bunu “TRT Haber” telekanalına müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib.

Onun sözlərinə görə, hazırda layihənin Gürcüstan ərazisində tamamlanma işləri həyata keçirilir.

Nazir qeyd edib ki, tikinti başa çatdıqdan sonra, gələn ay ərzində dəmir yolunun açılışı baş tutacaq.

O, həmçinin əlavə edib ki, Qarsda logistika mərkəzinin tikintisi üzrə işlər aparılır.

BAKU.WS