SİZİN REKLAM BURADA!
055 213 76 73



Vergilər Nazirliyi “Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.

BAKU.WS-in “Report”a istinadən verdiyi xəbərə görə, bununla bağlı sənədi vergilər naziri Fazil Məmmədov imzalayıb.

Bu xidmət vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) elektron qaydada vergi uçotuna alınmasını və bu barədə arayışın verilməsini əhatə edir.

Dəyişikliyə əsasən, elektron xidmətin göstərilməsi zamanı vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatda olması və əvvəlki tam 12 təqvim ayı ərzində ƏDV-yə cəlb edilən dövriyyənin Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə 100 min manatdan az olmasına onlayn qaydada nəzarət ediləcək.

İndiyədək bu məbləğ 60 min manat idi.

BAKU.WS