VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


 2016-cı ildə Azərbaycanda 1 milyon 153 min ton avtomobil benzini istehsal olunub.
 
BAKU.WS-in məlumatına görə, marja.az-ın araşdırması zamanı məlum olub ki, istehsal 2015-ci ilə nisbətən istehsal 6%-ə yaxın azalıb.
 
Ötən il 2 milyon 315,2 min ton dizel yanacağı istehsal olunmuşdur ki, bu da 2015-ci illə müayisədə 17,4% azdır.
 
2017-ci ilin yanvar-may aylarında Azərbaycanda 524,1 min ton benzin istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3% çoxdur. Dizel yanacağının istehsalı  isə 17,7 faiz azalaraq 807,6 min tona düşüb.
 
SOCAR 2016-cı ildə avtomobil benzini ixrac etməyib. SOCAR-dan verilən məlumatda görə, 2016-cı ilin yanvar-dekabr ayları ərzində 728 min 374 ton dizel yanacağı, 177 min 506 ton təyyarə yanacağı, 2 min 416 ton soba mazutu, 84 min 540 ton yüksək təzyiqli polietilen, 9 min 931 ton mütləqləşdirilmiş izopropil spirti, 69 min 946 ton maye piroliz qətranı, 43 min 837 ton propilen və 23 min 347 ton butilen butadien fraksiyası ixrac edilib. 
 
Daxili istehsaldan əlavə Azərbaycana benzin idxalı da mövcuddur. 
 
2016-cı ilin sonuna Azərbaycanda avtomobil parkının sayı 1 milyon 347 min 812  ədəd təşkil edib. Ötən il 10 min 457 avtomobil ilkin qeydiyyata alınıb.
 
BAKU.WS