SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu ilin yanvar-may aylarında istehlak məhsulları və xidmətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,8% bahalaşıb.

BAKU.WS-in Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi xəbərə görə, ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,1% artıb.

Bu ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətlərində 0,2%, o cümlədən qeyri-ərzaq məhsullarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 2,1% artım, ərzaq məhsullarının qiymətlərində isə 1,3% azalma qeydə alınıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% artıb. O cümlədən, ərzaq məhsulları 17,8%, qeyri-ərzaq məhsulları 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 8,7% bahalaşıb. Apredə aylıq inflyasiya 0,2% təşkil edib.
 
BAKU.WS