» » Əhali ipoteka krediti ilə alınmış mənzilləri kütləvi satışa çıxarır


05-06-2017 | 13:53

  • 1 733

Əhali ipoteka krediti ilə alınmış mənzilləri kütləvi satışa çıxarır


Bakı və Xırdalanda ipoteka krediti ilə alınmış mənzillər ya şirkətə geri qaytarılır ya da satışa çıxardılır.
 
"Marja” xəbər verir ki, əmlak saytlarında ipotekada olan mənzillərin satışı elanları kəskin artıb. Səbəb maddi vəziyyəti pisləşən ailələrin aylıq kredit borclarını ödəyə bilməmələridir.
 
Yaşayışa yeni təhvil verilmiş yaşayış komplekslərinin sakinləri bildirirlər ki, mənzillər boşalır. Son 2 ayda mənzilindən imtina edənlərin sayı kəskin artıb.
 
Manatın devalvasiyalarına qədər və sonra tikinti şirkətləri Azərbaycan Beynəlxalq Bankının ilkin ödənişsiz və ya 10% ilkin ödənişli 20 illik ipotekası ilə xeyli mənzillər satmışdılar. Bu gün isə gəlirləri azalan bir çox ailələr krediti ödəməkdə çətinlik çəkirlər. Vəziyyətin pisləşdiyini görən Beynəlxalq Bank ipotekanın bir addan digər ada rəsmiləşdirilməsinə icazə vermişdir. Yəni, borcunu ödəyə bilməyəcəyini görən alıcı mənzili başqasına təklif edə bilir. Bu halda, satıcı satışa qədər banka ödədiklərini alıcıdan alır, həmçinin qalan aylıq ödənişlər də yeni alıcı tərəfindən Banka ödənilir.
 
Mənzilin tikinti şirkətlərinə qaytarılması halları da mövcuddur. Mənzil tikinti şirkətinə qaytarılan zaman alıcı cərimələnir (mənzilin dəyərinin 2%-nə çatan dəbbə pulu), MTK-ya dəymiş ziyan və digər məsrəflər alıcıdan tutulur. Mənzilin başqa bir şəxsə satışından əldə edilmiş vəsaitdən bütün məsrəflər çıxılır, sonra alıcının ötən müddət ərzində MTK-ya və ya Banka ödədiyi vəsait qaytarılır.  
 
Bundan başqa, bank ilə alıcı arasında bağlanmış müqaviləyə görə, alınan mənzil girova qoyulur. İpoteka krediti üzrə aylıq ödəniş 90 gün gecikdiyi zaman mənzil üzrə bütün hüquqlar Banka keçir və Bank mənzili satışa çıxarda bilər.
 
Cərimələnməmək və digər məsrəfləri ödəmək istəməyənlər mənzilini elan saytları vasitəsilə özləri satışa çıxardıblar. Bu gün əmlak saytları ipotekada olan mənzillərin satış elanları ilə doludur.
 
Digər tərəfdən, Azərbaycan Beynəlxalq Bankı ipoteka kreditini dayadırdıqdan sonra tikinti şirkətləri 3-5 illik daxili kredit təklif etməyə başladılar. Daxili kreditdə ilkin və aylıq ödəniş çox yüksək olur. Adətən tikinti şirkətləri 50%-dək ilkin ödəniş tələb edirlər.  Daxili kredit ilə alınmış mənzillərin geri qaytarılması halları da artıb.
 
TƏLƏB EDİLƏN İLKİN ÖDƏNİŞƏ NAĞD MƏNZİL ALMAQ OLAR
 
Yeni binalarda mənzillərin 1 kvadrat metrinin qiymətinin xeyli yüksək olması mənzili bahalı edir. Bu gün 20-25 ilədək ipoteka ilə təklif edilən 3 otaqlı mənzilin ilkin ödənişinə yeni binada  2 otaqlı, 2 otaqlının ilkin ödənişinə 1 otaqlı mənzil almaq olar. Hətta 3 otaqlı mənzilin ilkin ödənişinə köhnə binalardan 3 otaqlı mənzil almaq mümkündür. Bir növ bazarda məntiqsiz vəziyyət yaranıb. Məsələn, 3 otaqlı 109 kv.m mənzil üçün 72 500 manat ilkin ödəniş,  25 illik,  aylıq 772 manat ödəniş şərti mövcuddur. Səbəblər 40%-ə çatan ilkin ödəniş, mənzilin kvadrat metrinin 1500 manat civarında olması və ipoteka faizidir. Şərtlərin ağır olması satışların da zəifləməsinə səbəb olub. Bu gün bir sıra tikinti şirkətləri vəsait çatışmazlığına görə (satış az olduğundan) binaları vəd etdikləri tarixdə təhvil verə bilmirlər.
 
Mənzil alanlar azaldığından geri qaytarılmış və elan saytlarına yerləşdirilmiş mənzillər satılmır. Tikinti yeni böhranla qarşı-qarşıyadır. Əgər ipoteka ilə alınmış mənzillərin satışa çıxardılması daha da artarsa bir neçə tikinti şirkəti daha çətin vəziyyətə düşəcəkdir. Eyni zamanda, bu vəziyyət Beynəlxalq Banka da pis təsir edir.
 
BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Əsas Xəbər / Həyat tərzi Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Əsas Xəbər / Sosial Prezident və xanımından Zabit Səmədova jest (FOTO) Prezident və xanımından Zabit Səmədova jest (FOTO) Əsas Xəbər / İdman İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır Siyasət SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR Əsas Xəbər / Sosial Pərvin bu dəfə də tənqid edildi - Pərvin bu dəfə də tənqid edildi - "Hər yerin çöldə qaldı" (VİDEO) Şou-biznes / Video Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Hadisə Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Hadisə / Video Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Video / Sosial Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Əsas Xəbər / Sosial Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Hadisə Xəzər dənizində vahiməli görüntülər – VİDEO Xəzər dənizində vahiməli görüntülər – VİDEO Hadisə / Video Mirşahin: “...  hamının qabağında söz verirəm ki, jurnalistikadan bu gün gedim” Mirşahin: “... hamının qabağında söz verirəm ki, jurnalistikadan bu gün gedim” Siyasət Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Hadisə Zaurun verilişində GƏRGİN ANLAR: Zaurun verilişində GƏRGİN ANLAR: "Səni "karset Afət" kimi tanıyırlar" (VİDEO) Şou-biznes / Video Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Dünya / Video Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Hadisə / Video Bakı polisi Milli Şuranın mitinqi barədə məlumat yaydı Bakı polisi Milli Şuranın mitinqi barədə məlumat yaydı Siyasət Azərbaycanda dörd gün TV və radio işləməyəcək Azərbaycanda dörd gün TV və radio işləməyəcək Sosial “İrşad Telekom”un rəhbərini öldürüblər? - İDDİA və DOSYE “İrşad Telekom”un rəhbərini öldürüblər? - İDDİA və DOSYE Kriminal
Son əlavəПоследние публикации
Dolların bu günə olan məzənnəsi
23 yanvar 2019

Dolların bu günə olan məzənnəsi

12 İqtisadiyyat
Günün ulduz falı - 23 yanvar
23 yanvar 2019

Günün ulduz falı - 23 yanvar

746 Həyat tərzi
Ölkədə qızıl və gümüşün qiyməti düşdü
22 yanvar 2019

Ölkədə qızıl və gümüşün qiyməti düşdü

54 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
22 yanvar 2019

Azərbaycan nefti bahalaşıb

88 İqtisadiyyat
Bölgələrdə maye qaz bahalaşıb - VİDEO
22 yanvar 2019

Bölgələrdə maye qaz bahalaşıb - VİDEO

204 Video / Sosial