VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mayın 16-da keçiriləcək növbəti hərrac barədə elan verib. 

BAKU.WS xəbər verir ki, bu dəfə daha 23 səhmdar cəmiyyətin səhmlərinin 30-45%-lik hissəsi satışa çıxarılacaq. 

Onlardan ən bahalısının ilkin satış qiyməti 133 min 167 manatdır. Bakı şəhəri, Nizami rayonu, Moskva prospekti, 106 "a” ünvanında yerləşən "Azinterservis” şirkətidir. Siyahıda 87 min 756 manata satılan "Bərdə Kərpic” ASC də yer alıb. 

Özəlləşdirilməyə çıxarılan şirkətlərin sırasında səhmləri ən ucuz satılan isə "Sabirabad Tədarük” ASC-dir. Şirkətin ilkin satış qiyməti 2000 min manatdır. "Şamaxı Dəmir Beton” ASC-nin səhmləri isə 3048 manata satılacaq. 

Hərracda iştirak etmək istəyən şəxslər satışa çıxarılan şirkətlərin ilkin satış məbləğinin 10%-i həcmində beh ödəməlidirlər. 

Satışa çıxarılan şirkətlərin tam siyahısı ilə buradan tanış ola bilərsiniz.
 
BAKU.WS