SİZİN REKLAM BURADA!
055 213 76 73


 

2017-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 504,8 manat təşkil edib.

BAKU.WS xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əmək haqqı neft sektorunda 3174,4 manat, qeyri-neft sektorunda 440,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 378,4 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 683,6 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
 
BAKU.WS