SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı Konqres Mərkəzinin qarşısında yeni salınmış istirahət parkının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış oldular.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da "Bakı Ağ Şəhər”də görülən işlərlə də tanış olub. Dövlət başçısına və xanımına "Bakı Ağ Şəhər” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib.
 
BAKU.WS