SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya prezidenti Vladimir Putin neft ixracatçıları arasında istehsalın dondurulmasına dair bir razılaşmanın doğru qərar olacağını açıqlayıb.
 
BAKU.WS-in məlumatına görə, "Bloomberg" agentliyinə müsahibə verən Rusiya dövlət başçısı İranın neft istehsalı ilə bağlı da danışıb: "İqtisadi faydaları nəzərə aldıqda və məntiq baxımından baxdıqda məncə qarşılıqlı razılaşma əldə etmək olar".
 
Bazar oyunçularının bu vəziyyətdə qlobal enerji qaynaqlarının qiymətini sabitləşdirmək üçün lazımi qərarlar qəbul edəcəyinə ümid etdiyini söyləyən Putin sözlərinə belə davam edib: "Bu vəziyyəti Səudiyyə Ərəbistanı vəliəhdi Şahzadə Vəkili Məhəmməd bin Salmana da bildirəcəm". 

OPEC-ə üzv və qeyri-üzv ölkələr arasında yaxın günlərdə bir toplantı baş tutacaq. 

Şahin Həbibov
BAKU.WS