VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhhəti pisləşən hollivud ulduzu Ancelina Coli vəsiyyətnamə yazıb.

BAKU.WS  dünya KİV-nə istinadən xəbər verir ki, 43 yaşlı aktrisa bütün varidatını övladlığa götürdüyü 17 yaşlı Meddoksa (Maddox Chivan Jolie-Pitt) qoyub getmək fikrindədir.

Hər kəsi "qızıl" deyə çağırdığı yeniyetmə artıq həm biznesdə, həm də ailədə anasının sağ əlidir. Aktrisa onu nəhəng kinomaqnat etmək istəyir. 

"Jolie Pas" kinoşirkəti aktrisaya Bredd Pittlə boşanmadan sonra qalıb. 2014-cü ildən kinoşirkətin ona 116 milyon dollar gəlir gətirib.

Ancelina Colinin son 2 ildə mütəmadi olaraq ziyarət etdiyi Lonq-Biç budda məbədinin üzvü kambodcalı 65 yaşlı Nanq Ley deyib ki, Coli bütün biznesini Meddoksa vəziyyət edəcəyini söyləyib.

55 yaşlı Bredd Pitt onun bu qərarı verəcəyindən və digər beş övladını mirassız qoyacağından narahatdır.

Qeyd edək ki, Ancelina Coli sürətlə çəkisini itirir. 45 yaşlı aktrisa illərdir anoreksiyadan əziyyət çəkir.



BAKU.WS
QALEREYA