SİZİN REKLAM BURADA!
055 213 76 73



Yeni Zelandiyanın Kraysçörç şəhərində "Məscid əl Nur" və "Linvud" məscidlərindəki terror aktı dünyaya səs salıb.

BAKU.WS  xarici mediaya istinadən xəbər verir ki, ölkənin Baş naziri Jacinda Ardern hadisəni terror aktı kimi qiymətləndirib və bunu ölkənin ən qara günlərindən biri adlandırıb.

Cümə günü insanların məscidə ən çox getdiyi saatlarda baş vermiş hücum bu ölkənin tarixində ən ölümcül hücumlardan biri kimi qiymətləndirilir.

İnternetdə yayılan görüntülərdə özünü 28 yaşlı avstraliyalı Brenton Tarrant kimi təqdim edən silahlının Al-Noor məscidində kişi, qadın və uşaqlara fərq qoymadan yaxın məsafədən atəş açdığı görünür.

Qeyd edək ki, Yeni Zelandiya polisi insanları bu görüntüləri yaymamağa çağırıb.

Təqsirləndirilən şübhəli məscidə hücumdan əvvəl niyyətini ortaya qoyan və aşırı sağ və anti-immiqrant ideologiyasını müdafiə edən bir sənəd yayımlayıb.

Polis komissarı Buş deyib ki, bu adam daha əvvəl nə Yeni Zelandiya, nə də Avstraliya təhlükəsizlik xidmətinə məlum olmayıb.

Yeni Zelandiyanın Kraysçörç şəhərində "Məscid əl Nur" və "Linvud" məscidlərində terror aktı törədən 3 şəxsdən biri olan Brenton Tarrantın məhkəməsi olub. Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki Dunedin şəhərinin sakini olan 28 yaşlı B.Tarrant dünən məhkəmə qarşısına çıxarılıb.

O, Avstraliyanın Qrafton şəhərində fitnes təlimatçısı işləyib.

"Məscid əl Nur" məscidinə hücumda və 49 nəfəri qətlə yetirməkdə günahlandırılan Tarrantın məhkəməsində ilk iclas cəmi bir dəqiqə davam edib. Biləklərinə qandal vurulmuş Tarrant məhkəmədə nasist jestləri göstərib. Onun bu hərəkətindən dərhal sonra vəkilinin çıxışına imkan verilmədən məhkəmə zalından çıxarıblar.

Prosesin növbəti iclası aprelin 5-də olacaq.

Qeyd edək ki, Tarrantla yanaşı, teraktları törətməkdə şübhəli bilinən daha 3 nəfər tutulub. Polis məscidlərin yaxınlığında saxlanmış iki avtomobildə partladıcı qurğular aşkarlayıb.

BAKU.WS