SİZİN REKLAM BURADA!
055 213 76 73



Efiopiyadakı qəzaya düşərək 157 nəfərin həlak olduğu təyyarəyə bilet alan Yunanıstan vətəndaşı Antonios Mavropulos təsadüf nəticəsində sağ qalıb.

BAKU.WS
 ria.ru-ya istinadən xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb.  

"Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi ilə Əddis-Əbebedən Nayrobiyə uçmalı olan A.Mavropulos təyyarəyə iki dəqiqə gecikdiyini bildirib.

O, ET302 reysinə aldığı biletin fotosunu paylaşaraq belə yazıb: "Mən insanların təyyarəyə necə mindiklərini gördüm. Məni təyyarəyə buraxmadıqlarına görə çox hirslənmişdim. İndi isə anlayıram ki, bu gecikmə həyatımda ən uğurlu hadisədir".


Təsadüf nəticəsində sağ qalan yunanın sonradan qəzaya uğramış təyyarəyə əyləşməməsi hüquq-mühafizə orqanlarında şübhə yaradıb və onu saxlayıblar. Lakin o, yükünü təyyarəyə vermədiyindən qəza ilə onun arasında heç bir məntiqi əlaqənin olmadığını qəbul edən polislər onu sərbəst buraxıblar.

Zülfiyyə Qurbanova
BAKU.WS