» » Deputat Həsən Nəbiyev yoxsulları "parazitlər və alkaşlar" adlandırdı - QALMAQAL


07-03-2019 | 10:28

  • 9 111

Deputat Həsən Nəbiyev yoxsulları "parazitlər və alkaşlar" adlandırdı - QALMAQAL


Rusiyanın Volqoqrad vilayəti Dumasının hakim “Vahid Rusiya” partiyasından deputatı, azərbaycanlı Həsən Nəbiyev pensiyasının azlığından şikayətlənən yoxsul şəxsləri “parazitlər və alkaş” adlandırıb.

BAKU.WS
 Rusiya mediasına istinadən xəbər verir ki, deputatın bu çıxışı ciddi qalmaqala səbəb olub və Dumanın Etika Komissiyasının xüsusi iclasında müzakirə ediləcək.

“Vahid Rusiya” partiyasının regional bölməsinin katibi Sergey Qornyakov Nəbiyevin çıxışına görə partiyanın adından üzr istəyib. Partiyasının yerli şöbəsinin digər nümayəndələri də Nəbiyevin çıxışını pisləyiblər. 

Qeyd edək ki, H. Nəbiyev bu qalmaqallı çıxışını martın 6-da vilayət Dumasının işləməyən pensiyaçıların pensiyalarının hesablanması və ödənilməsi ilə bağlı yeni qaydaların müzakirəyə çıxarıldığı iclasda edib. O, çıxışında bildirib ki, pensiyası 10 min rubla çatmayan volqoqradlılar ona parazitləri və alkaşları xatırladır və belə şəxslərin pensiyalarına əlavələrin edilməsi məqsədəuyğun deyil.

Bu çıxışından sonra Rusiya mediası onun var-dövlətini və illik gəlirini hesablamağa başlayıb. Məlum olub ki, onun 2016-2017-ci illərdə rəsmi gəliri 70 milyon rubl olub. Nəbiyevin özünün və həyat yoldaşının adına onlarla daşınmaz əmlak var.

Onun parazit və alkaş adlandırdığı aztəminatlı pensiyaçılar isə hər ay 8 min rubl alırlar. 

Həsən Nəbiyev uzun müddət “Qazprom transqaz Volqoqrad” MMC şirkətinin rəhbəri olub. 1954-cü ildə Azərbaycanın Gədəbəy rayonunun Zəhmət kəndində anadan olan Nəbiyev 1976-cı ildən indiki “Volqoqradneftmaş” ASC-də işləyib. Mühəndis vəzifəsindən sex rəisi, daha sonra “Volqoqradneftmaş” ASC-nin filialı olan Kotelnikovsk armatur zavodunun direktoru vəzifəsinə qədər yüksəlib. 2004-2016-cı illərdə “Qazprom transqaz Volqoqrad” MMC-nin baş direktoru işləyib. 2003-cü ildən isə vilayət Dumasının deputatıdır.

Zülfiyyə Qurbanova
BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Gələn aydan uşaq pulu veriləcək xəbərinə RƏSMİ AÇIQLAMA Gələn aydan uşaq pulu veriləcək xəbərinə RƏSMİ AÇIQLAMA Sosial İki Bakubus avtobusu bir-birinə girdi – FOTO İki Bakubus avtobusu bir-birinə girdi – FOTO Əsas Xəbər / Hadisə Azərbaycanda DƏHŞƏT - Armatur qadının kürəyindən girib qarnından çıxdı Azərbaycanda DƏHŞƏT - Armatur qadının kürəyindən girib qarnından çıxdı Hadisə "Bayaqdan əl-ayağım əsir" - Namiq Aydının vəfatından yazdı (VİDEO) Şou-biznes / Video "Bomj" ona verilən 100 AZN-i cırdı və görün nə oldu... - VİDEO Video / Sosial Bakıda restoranda biabırçılıq - Azərbaycan qadını bu mahnıya da oynadı - VİDEO Bakıda restoranda biabırçılıq - Azərbaycan qadını bu mahnıya da oynadı - VİDEO Həyat tərzi / Video Polis olmaq istəyənlərə ŞAD XƏBƏR Polis olmaq istəyənlərə ŞAD XƏBƏR Siyasət Sabah qar yağacaq Sabah qar yağacaq Sosial Nigar Camalın Mədət Quliyevin oğlu ilə səmimi görüntüsü - FOTO Nigar Camalın Mədət Quliyevin oğlu ilə səmimi görüntüsü - FOTO Şou-biznes İzləyicisinə İzləyicisinə "Gelandewagen" hədiyyə edən Hüseyn 3 milyon qazandı - FOTOLAR Şou-biznes Aydın Xırdalanlının vəfat etdiyi evdən - FOTOLAR Aydın Xırdalanlının vəfat etdiyi evdən - FOTOLAR Sosial Benzin alarkən diqqətli olun! - VİDEO Benzin alarkən diqqətli olun! - VİDEO Video / Sosial Aydın Xırdalanlı dünyasını dəyişdi Aydın Xırdalanlı dünyasını dəyişdi Əsas Xəbər “Eurovision 2019”da ən bahalı klip Azərbaycandan - Dünyanın REAKSİYASI (VİDEO) “Eurovision 2019”da ən bahalı klip Azərbaycandan - Dünyanın REAKSİYASI (VİDEO) Mədəniyyət / Video Afətdən xalq artistlərinə AĞIR SÖZLƏR: Afətdən xalq artistlərinə AĞIR SÖZLƏR: "Qələt edirsiz, məni tənqid etdiyiniz yerdə!" - FOTO+VİDEO Şou-biznes / Video Aydın Xırdalanlının dəfnində ürəkparçalayan görüntülər - VİDEO Aydın Xırdalanlının dəfnində ürəkparçalayan görüntülər - VİDEO Hadisə / Video Bakı avtobusunda qeyri-adi sərnişin – VİDEO Bakı avtobusunda qeyri-adi sərnişin – VİDEO Hadisə / Video Türkiyədə Türkiyədə "aşirət" başçısı azərbaycanlı aparıcıya elçi düşdü - FOTO Şou-biznes Mədət Quliyev oğlu və Nigar Jamalın klip təqdimatında iştirak etdi – VİDEO Mədət Quliyev oğlu və Nigar Jamalın klip təqdimatında iştirak etdi – VİDEO Əsas Xəbər / Həyat tərzi / Video Bir kvadrat metri 900 manat, qaraj isə hədiyyə olunur – VİDEO Bir kvadrat metri 900 manat, qaraj isə hədiyyə olunur – VİDEO PR
Son əlavəПоследние публикации
Sabahın hava proqnozu açıqlanıb
25 mart 2019

Sabahın hava proqnozu açıqlanıb

610 Həyat tərzi
Günün ulduz falı - 25 mart
25 mart 2019

Günün ulduz falı - 25 mart

2 125 Həyat tərzi