SİZİN REKLAM BURADA!
055 213 76 73



İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firiduna qarşı korrupsiya ittihamı ilə məhkəmə araşdırması başlanıb.

BAKU.WS
 virtualaz.org-a istinadən xəbər verir ki, fevralın 19-da keçirilmiş prosesin ilk günündə H.Firidun və digər 6 şəxsə qarşı ittiham aktı oxunub.

Onlar 2016-cı ilədək olan maliyyə pozuntularında ittiham olunurlar.

Bildirilir ki, H. Firidun 2017-ci ildə həbsxanada 1 gün keçirib, sonra girov müqabilində azad olunub.

O da qeyd olunur ki, Həsən Ruhaninin qardaşına qarşı ittihamlar hələ son prezident seçkilərdən əvvəl səslənməyə başlayıb. O, yaxın qohumları ilə bərabər bir sıra maliyyə fırıldaqlarında şübhəli bilinir.

Yeri gəlmişkən, H.Firidun administrasiya üzvü kimi nüvə danışıqlarının iştirakçısı olub.

BAKU.WS