SİZİN REKLAM BURADA!
055 213 76 73



“Vətənimizə uzanan hər bir əli qırarıq”.

BAKU.WS “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas şəhərində keçirdiyi mitinqdə bildirib.

“Sivas əsarətə meydan oxuyan bir qərargahdır. Milli sərhədlər içində vətən bütövdür. İstiqlalımız namusumuz, şərəfimizdir. Yüz ildən sonra yenə eyni yerdən təkrar edirik - Vətənimiz, bayrağımız, istiqlalımız, namusumuz şərəfimizdir. Vətənimizə uzanan hər bir əli qırarıq. Cudidə, Afrində, Gabarda qırdıq. Yenə qırarıq. Böyük Türkiyə hədəfinə qarşı qurulan hər tələni dağıtdıq, yenə dağıdarıq. Bizə hücum etmək istəyənlərə lazım olan dərsi verdik, yenə belə edərik. İçəridən, ya da xaricdən Türkiyəyə qarşı əməliyyat aparmaq istəyənlərə lazım olan dərsi verərik”, - deyə Türkiyə Prezidenti vurğulayıb. 

BAKU.WS