055 213 76 73
Rusiyanın iki “Su-34” qırıcı təyyarəsi toqquşub.
BAKU.WS xəbər verir ki, hadisə yanvarın 18-də Uzaq Şərq ərazisində səhər saat 08.07-də dəniz sahilinə yaxın ərazidə baş verib.
Katapult edən pilotlar tapılıb.
Qeyri-rəsmi mənbələr qəzanın ekipajın səhvi səbəbindən baş verdiyini bildiriblər.
Rusiyanın Müdafiə Nazirliyi qəzanı təsdiqləyib. Nazirlik bildirib ki, hadisə Yapon dənizi üzərində təlim-məşq uçuşu zamanı təyyarələrin bir-birinə toxunması nəticəsində baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Zülfiyyə Qurbanova
BAKU.WS