SİZİN REKLAM BURADA!
055 213 76 73



İŞİD terror qruplaşması Rusiyada baş verən partlayışlara görə məsuliyyəti üzərinə götürüb.

BAKU.WS  qazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə silahlıların internetdəki aktivliyini izləyən "SITE Intelligence Group" məlumat yayıb.

Qeyd edilir ki, terrorçular tərəfindən nəşr edilən qəzetlərdən biri qruplaşmanın Maqnitoqorsk şəhərində yaşayış binasında, həmçinin növbəti gün marşrut avtobusunda törədilən partlayışa görə məsuliyyəti üzərinə götürdüyünü xəbər verib.

Məlumatla bağlı hələ rəsmi münasibət bildirilməyib.

Bundan əvvəl kriminalistlər bəyan etmişdir ki, partlayan binada partlayıcı maddə izləri tapılmayıb.

Məlumat üçün bildirək ki, qəza ötən il dekabrın 31-də Maqnitoqorsk şəhərinin Karl Marks prospektində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Nəticədə 120 nəfərin yaşadığı bina çöküb. Yaşayış binasının girişinin uçması nəticəsində 37 nəfər həyatını itirib.

Zülfiyyə Qurbanova
BAKU.WS