SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə oriyental rəqqasə kimi gecə klubunda fəaliyyət göstərən Didem Uslu vəhşicəsinə qətlə yetirilib.

BAKU.WS
yerli KİV-ə istinadən xəbər verir ki, onu parçalayaraq meşəyə atıblar.

Rəqqasənin parçalanmış cəsədi Edirne vilayətinin Keşan qəsəbəsində meşəlik ərazidə aşkarlanıb.

Bir neçə gün əvvəl bir qolu tapılan rəqqasənin, dünən başı və bədəninin bəzi hissələri tapılıb.

Qətl hadisəsilə bağlı cinayət işi başlanıb. Qatilin tapılması ilə bağlı əməliyyat qrupu yaradılıb.

Zülfiyyə Qurbanova
BAKU.WS