SİZİN REKLAM BURADA!
055 213 76 73



Sosial şəbəkələrdə məktəbli ilə müəllim arasında münaqişənin videosu yayılıb.

BAKU.WS
 Rusiya mətbuatına istinadən xəbər verir ki, xoşagəlməz hadisə Rusiyanın Tolyatti şəhərində yaşanıb.

Kadrlardan görünür ki, müəllimə əli ilə qızın üzünə zərbələr endirir.

Videoya verilən şərhdə insidentin məktəbli qızın dərs zamanı şəkil çəkməsi olub. Müəllim masasının üstündəki bütün dərslikləri şagirdə tərəf tullayıb. Bununla hirsi soyumayan pedaqoq güc tətbiq etməyə başlayıb.

Özünü itirən şagird, "Siz dəli olmusuz?" deyir və özünü zərbələrdən qorumaq üçün müəllimənin əllərini tutmağa cəhd edir.

Məlumata görə qız 5-ci sinif şagirdidir, qadın isə dərs hissə müdiri vəzifəsində çalışır.

Zülfiyyə Qurbanova
BAKU.WS