SİZİN REKLAM BURADA!
055 213 76 73



Gürcüstanın baş naziri Mamuka Baxtadze 17 yanvar tarixini ölkədə matəm günü elan edib.


BAKU.WS-in "RİA Novosti"yə istinadən məlumatına görə, buna səbəb Tbilisidə yaşayış binasında partlayış nəticəsində dörd nəfərin ölməsi, altısı uşaq olmaqla səkkiz nəfərin xəsarət alması olub. Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Baş nazirin sərəncamına əsasən bu gün Gürcüstanda və xarici ölkələrdəki səfirliklərdə dövlət bayrağı endiriləcək.

Hüseyn Məmmədsalahov
BAKU.WS