SİZİN REKLAM BURADA!
055 213 76 73



Tbilisidə Didi Diğomi rayonundakı yaşayış binasında baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb.

Bnu Post Patrul Xidmətinin rəhbəri Teymuraz Kupatadze deyib.

O bildirib ki, qəza zamanı 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb, yaralılar xəstəxanalara çatdırılıb.

Partlayış binanın dördüncü mərtəbəsində qaz sızması nəticəsində baş verib. Hazırda yaşayış binasının sakinləri təxliyə olunur.

BAKU.WS