VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiya Prezidenti Vladimir Putinə Serbiyaya səfəri zamanı sui-qəsd hazırlamaqda şübhəli bilinən 21 yaşlı Armina Alibaşiç adlı İŞİD üzvü tutulub.

BAKU.WS
 Rusiya KIV-nə istinadən xəbər verir ki, polis patrul xidmətinin əməkdaşı Armin Alibaşiçi adlı gəncin bel çantasından şübhələnib və onu saxlayıb. Polis əməkdaşının şübhəsi özünü doğruldub. Onun çantasında optik nişangahlı tüfəng aşkarlanıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, onun evindən silah-sursat və İŞİD-ın fəaliyyətinə həsr olunmuş ədəbiyyat aşkarlanıb.

Xüsusi xidmət orqanları və ekspertlər 21 yaşlı gəncin Rusiya Prezidenti Vladimir Putinin 17 yanvar tarixində Serbiyaya səfəri zamanı ona qarşı sui-qəsd hazırladığını ehtimal edirlər.

BAKU.WS