» » Pul ödəyin, bu ölkələrin vətəndaşı olun – SİYAHI


08-01-2019 | 11:10

  • 11 890

Pul ödəyin, bu ölkələrin vətəndaşı olun – SİYAHI


Hər bir ölkənin prosedurlarına uyğun olaraq, vətəndaşlığını almaq mümkündür. Uzunmüddətli yaşamaq, yerləşmək üçün müraciət etdikdə bir çox ölkə müvafiq vizanı tələb edir. Amma vətəndaşlığı yalnız müəyyən pul müqabilində verən ölkələr də var.

BAKU.WS  modern.az-a istinadən pul qarşılığında vətəndaşlıq təklif edən 20 ölkənin siyahısını təqdim edir.
 
Uruqvay
 
Uruqvay balanslaşdırılmış iqtisadiyyatı və vətəndaşların sosial hüquqlarını təmin etməsi baxımından Cənubi Amerikanın İsveçrəsi kimi tanınır. Cənubi Amerikanın ən kiçik ikinci ölkəsi vətəndaş olmaq istəyənlərdən böyük investisiyalar və yüksək məbləğdə pul istəmir. Uruqvay vətəndaşı olmaq üçün ayda 1200 dollardan çox qazanmağınız vacibdir. Üç il bu məbləği ödədikdən sonra həmin ölkənin vətəndaşı ola bilərsiniz.
 
Dominikan Respublikası
 
Tropik meşələr, qumlu çimərliklər, xurma ağacları və açıq mavi dəniz ilə məşhur olan Dominikan Respublikası bir çox səyahətçinin diqqət mərkəzindədir. Bu Karib adası yaşamaq istəyənlərə 100 min dollar qarşılığında vətəndaşlıq verir. Lakin həyat yoldaşınız və uşaqlarınız varsa, ödəyəcəyiniz məbləğ iki dəfə yüksək olacaq.
 
Albaniya
 
İtaliya və Osmanlı imperiyasının izlərini özündə əks etdirən unikal mədəniyyətə malik ölkə - Albaniyanın vətəndaşlıq üçün yeganə tələbi bu ölkəyə 250 min dollar sərmayə qoymaqdır. Albaniyada vətəndaşlıq ev almaq və ya 250 000 ABŞ dolları investisiya yatırmaqla əldə edilə bilər.
 
Sent-Kits və Nevis
 
Karib dənizinin şərqində yerləşən bu ölkədə, 250 000 dollarlıq ev alaraq və ya investisiya yatıraraq, vətəndaşlıq ala bilərsiniz. Heç bir ölkənin vətəndaşına qadağası olmayan bu federal dövlət, yalnız İran vətəndaşlarına vətəndaşlıq vermir. Heç bir halda İran vətəndaşı olan şəxs Sent-Kits və Nevis vətəndaşı ola bilməz.
 
Yunanıstan
 
Mifologiyanın məkanı kimi tanınan Yunanıstan səyyahların dilində olan və tarix kitablarında adı tez-tez çəkilən ölkədir. Bəs, məhdud büdcələri olan və qısa səfərləri sevən turistlər üçün böyük imkanları olan Yunanıstanda yaşamaq tələbi nədir? Yunanıstan vətəndaşı ola bilərsiniz, bunun üçün sadəcə 250 min avro sərmayə qoymaq lazımdır.
 
Almaniya
 
Özünəməxsus mədəniyyətə malik fərqli bir ölkə olan Almaniya, qonaqlarını iqtisadi, mədəni və sosial cəhətdən xoşbəxt edə biləcək dövlətdir. Almaniya vətəndaşı olmaq üçün bu avtomobil sənayesinin nəhəng ölkəsinə 250 min avro ödəyərək, vətəndaşlıq ala bilərsiniz.
 
Makedoniya
 
Balkanların incisi olan Makedoniya hər adama vətəndaşlıq verməyən ölkələrdəndir. Makedoniya vətəndaşı olmaq üçün bu ölkəyə 400 min avro sərmayə qoymaq lazımdır. Bu məbləğdə sərmayə yatıran hər bir iş adamı Makedoniya vətəndaşı sayılır.
 
Çernoqoriya

Çernoqoriya Balkanlarda yerləşən, kiçik Avropa ölkələrindən biridir. Amma bu ölkənin vətəndaşlıq vermək tələb etdiyi məbləğ kiçik deyil. Çernoqoriyada yaşayan şəxslər 500 min avro ödədikdən sonra vətəndaşlıq alır.
 
İspaniya
 
İspaniya dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. İspaniyanın vətəndaşı olmaq üçünsə 500 min avro ödəmək, yaxud bu qiymətə ev almaq lazımdır. Həmin məbləği sərf etsəniz, bu gözəl Aralıq dənizi ölkəsinin vətəndaşı ola bilərsiniz.
 
Portuqaliya
 
Portuqaliya iqtisadiyyatı zəif, lakin mədəniyyət baxımdan zəngin bir Qərbi Avropa ölkəsidir. Ona görə də, bu unikal ölkənin vətəndaşlığı 500 min avroya başa gəlir.
 
İrlandiya
 
Bu ölkədə ziyarət ediləcək, gəziləcək ölkələr sırasında ilklərdə olmasa da, fərqlilik etmək, turist kimi daha təcrübəli olmaq istəyirsinizsə, İrlandiya doğru ünvandır. Həyat şəraitinin bahalı olduğu bu ölkədə yaşamaq isə o qədər də asan deyil. Ada ölkəsində vətəndaşlıq almaq üçün 500 min dollar ödəməlisiniz.
 
Malta
 
Malta İtaliyanın, Siciliya adasının şərqində və Liviyanın, Tunisin şimalında yerləşir və dünyanın ən kiçik, əhalinin sıx məskunlaşdığı ölkələrindən biridir. Aralıq dənizinin bu gözəl və isti ada ölkəsində daimi yaşamaq haqqı 800 min avrodur.
 
Kanada
 
400 minlik investisiya ilə bərabər, hesabınızda 800 min dollar varsa, artıq Kanada vətəndaşlığına sahibsiniz.
 
ABŞ
 
Amerikaya - azadlıq ölkəsinə daxil olmaq da, yaşamaq da düşünüldüyü qədər asan deyil. Bir milyon dollar dəyərində şirkət qurmalısınız. Yaxud ölkənin bu cür vətəndaşlıq üçün təyin etdiyi sahələrdən birinə ən azı 500 min dollar  investisiya yatırmalısınız. Əlbəttə ki, 5 il yaşadıqdan sonra vətəndaşlığa alınacağını da xatırlatmalıyıq.
 
Slovakiya
 
Dunay çayının sahilində yerləşən bu dağlıq ölkə güclü mədəniyyətə malik olsa da, iqtisadiyyatı zəifdir. Buna görə, belə bir ölkədə yaşamaq üçün 1 milyon avroluq investisiya yatırmalı olacaqsınız.
 
Bolqarıstan
 
Bolqarıstanda isə bir il ərzində 1,2 milyon dollar investisiya qoyaraq, vətəndaşlıq alacaqsınız.
 
Honq Konq
 
Dünya ticarətinin ən vacib mərkəzlərindən biri olan Honq Konqun vətəndaşlığı üçün 1,260 milyon dollarlıq sərmayenizdən keçməlisiniz.
 
Sinqapur
 
Asiyanın parlayan ölkələrindən birinə çevrilmiş Sinqapur vətəndaşı olmağın yolu isə 2 milyon dolları ödəməkdən keçir.
 
Cənubi Kipr
 
Cənubi Kipr kiçik bir adadır. Burada vətəndaşlıq almaq üçün 3 milyon avro ödəməyiniz yetərlidir.
 
İngiltərə
 
İngiltərəyə daxil olmaq da İngiltərədə yaşamaq da çox bahadır. Vətəndaşlıq şərtləri qorxunc dərəcədə ağırdır.  5 il ərzində hər il 1 milyon funtsterlinq sərmayə qoyaraq, vətəndaşlıq əldə etmək mümkündür.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Əsas Xəbər / Həyat tərzi Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Əsas Xəbər / Sosial Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Kriminal SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR Əsas Xəbər / Sosial İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır Siyasət Pərvin bu dəfə də tənqid edildi - Pərvin bu dəfə də tənqid edildi - "Hər yerin çöldə qaldı" (VİDEO) Şou-biznes / Video Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Hadisə / Video Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Video / Sosial Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Sosial SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir Əsas Xəbər / Hadisə Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Əsas Xəbər / Sosial Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Hadisə Xəzər dənizində vahiməli görüntülər – VİDEO Xəzər dənizində vahiməli görüntülər – VİDEO Hadisə / Video “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ Əsas Xəbər / Sosial Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Hadisə Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Hadisə / Video Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Dünya / Video Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Hadisə "Azəriqaz"dan XƏBƏRDARLIQ - Fevralın 1-dən... Sosial Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı Hadisə
Son əlavəПоследние публикации
Cəbhədə son vəziyyət
20 yanvar 2019

Cəbhədə son vəziyyət

5 Qarabağ
Azərbaycan səmasında qeyri-adi görüntü - VİDEO
20 yanvar 2019

Azərbaycan səmasında qeyri-adi görüntü - VİDEO

82 Həyat tərzi / Video
20 Yanvar faciəsindən 29 il ötür
20 yanvar 2019

20 Yanvar faciəsindən 29 il ötür

58 Əsas Xəbər / Sosial
Günün ulduz falı - 20 yanvar
20 yanvar 2019

Günün ulduz falı - 20 yanvar

140 Həyat tərzi
SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb
19 yanvar 2019

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

231 Əsas Xəbər / İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
19 yanvar 2019

Azərbaycan nefti bahalaşıb

216 İqtisadiyyat
Bu da Ağamirzənin özünə qazdırdığı qəbr - VİDEO
19 yanvar 2019

Bu da Ağamirzənin özünə qazdırdığı qəbr - VİDEO

906 Şou-biznes / Video
Nəsiminin Hələbdəki məzarından ÖZƏL FOTOLAR
19 yanvar 2019

Nəsiminin Hələbdəki məzarından ÖZƏL FOTOLAR

430 Həyat tərzi