SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın tərəfdarları etiraz aksiyalarına başlayıblar.

BAKU.WS Virtualaz.org-a istinadən bildirir ki, "Prezidentə azadlıq" qrupunun üzvləri Yerevanın Respublika meydanında toplaşaraq Koçaryanın azadlığa buraxılmasını tələb ediblər.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan dekabrın 8-də həbs olunub.

BAKU.WS