SİZİN REKLAM BURADA!
055 213 76 73



Krımın Kerçi şəhərində politexnik kollecdə partlayış baş verib. Nəticədə 19 nəfər ölüb, 50-yə yaxın şəxs yaralanıb.

BAKU.WS BBC-yə istinadən xəbər verir ki, insident təlim zamanı baş verib. Təlim zamanı bomba partladığı bildirilir.

Tələbələrin BBC-yə verdiyi məlumata görə, partlayışdan əvvəl atəş səsləri eşidilib. Kollecin direktoru Olqa Qrebennikova da təsdiq edib ki, bir neçə silahlı şəxs binaya hücum edərək ikinci mərtəbədə qarşıklarına keçən hər kəsi öldürüblər.

Digər şahidlər isə bir nəfərin hücum etdiyini bildirib. 

BAKU.WS