VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Moskvada yaşayan erməni bacılar 57 yaşlı atalarını - Mixail Xaçaturyanı qəddarlıqla qətlə yetirib.

BAKU.WS
Rusiya KİV-nə istinadən xəbər verir ki, 17,18 və 19 yaşlı qızlar artıq saxlanılıblar.

Bacılar qətli planlı şəkildə həyata keçirdiklərini etiraf ediblər. Kişi kresloda mürgüləyərkən qızları ona çoxsaylı bıçaq zərbələri yetirib. Mixail oyanıb qaçmaq istəyib, lakin qanaxmadan uzağa gedə bilməyib və binanın pilləkənlərində keçinib.

İllərlə atanın işgəncələrinə məruz qalan qızlar etdikləri əməldən peşiman olmadıqlarını bildiriblər.

İstintaqa məlum olub ki, mərhumun daha bir övladı - 20 yaşlı oğlu var. O, atasından uzaqda yaşayırmış. Həmçinin, ərinin ağır xasiyyətinə tab gətirməyən ana, bir neçə il əvvəl uşaqlarını ataraq evi tərk edib.

Qızların sözlərinə görə, ataları narkotik və alkol istifadəçisi olan ata illərlə onları döyüb, alçaldıb və günlərlə məktəbə belə buraxmayıb. Ən dəhşətlisi isə budur ki, atanın cəza növlərindən biri qızlarını zorlamaq olub.

Zülfiyyə Qurbanova
BAKU.WS