SİZİN REKLAM BURADA!
055 213 76 73



"Kanal D" Adnan Oktarla bağlı yeni faktlar üzə çıxarıb. 

BAKU.WS xəbər verir ki, telekanalın müxbiri Adnan Oktarın anası Mediha Oktarın İstanbuldakı evinə yollanıb. Anası ilə danışa bilməyən müxbir, süjetində qeyd edib ki, Oktarın anasına ayrı-ayrı saatlarda düz 4 baxıcı qulluq edir. Adnan Oktarın qonşuları isə qeyd ediblər ki, Adnan Oktar hələ universitet illərindən vaxtı ikən anası ilə bərabər yaşadığı məhz bu binanın qızlarını da məclislərinə dəvət edirmiş.

Qeyd edək ki, Adnan Oktar bir müddət əvvəl Türkiyədə “cinayət törətmək məqsədilə təşkilat qurma”, “azyaşlıya cinsi təcavüz”, “şantaj”, “var-dövlətini ölkə sərhədlərindən xaricə çıxarma”, “zorakılıq və təhdid” maddələri ilə həbs edilib. 

BAKU.WS