VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İrəvanın mərkəzində vəziyyət gərginləşib. Yerli KİV-lərin verdiyi məlumata görə, Baqaramyan prospektində polis və nümayişçilər arasında toqquşma baş verib.

Nümayişçilər polis səddini yararaq Konstitusiya Məhkəməsinin binasına çatıblar. Lakin polis onların qarşısını tikanlı məftillərlə kəsib. Nümayişçilərə qarşı xüsusi vasitələrdən istifadə edilib. Baş vermiş qarşıdurma zamanı 22 nəfər yaralanıb. Onlardan 3-ü polisdir. 

“Nairi” tibb mərkəzindən bildirilib ki, polislərdən birinin vəziyyəti ağırdır və hazırda əməliyyatdadır. Digər xəsarət alanların vəziyyəti isə yüngüldür və bu gün xəstəxanalardan buraxılacaqlar. Xəsarət alanlar arasında nümayişçilərin lideri Nikol Paşinyan da var. O, ilk tibbi yardım aldıqdan sonra xəstəxanadan çıxıb. N. Paşinyan xəstəxanada jurnalistlərə açıqlama verərək bütün Ermənistan vətəndaşlarını küçələrə və meydanlara çıxmağa çağırıb: ““Mən gözümdən və əlimdən yaralandım. Böyük ehtimal ki, tikanlı məftilləri keçmək istəyərkən səs qumbarasının partlaması nəticəsində xəsarət almışam. Lakin mübarizə davam edir”.

BAKU.WS