SİZİN REKLAM BURADA!
055 213 76 73



Əlcəzairdə IL-76 tipli hərbi təyyarə qəzaya uğrayıb.

BAKU.WS "RİA Novosti”yə istinadən xəbər verir ki, qəza nəticəsində 260-a yaxın hərbçi həlak olub. Bu barədə Əlcəzairin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra Bufarik rayonunda yerə çırpılaraq yanmağa başlayıb. Qəzanın baş verməsi ilə bağlı dəqiq açıqlama verilməsə də nasazlıqdan qaynaqlandığı ehtimal edilir. Qəza zamanı təyyarənin ön hissəsinin tamamilə dağıldığı bildirilir.

Hadisə yerinə 14 yanğınsöndürən, 30-a yaxın təcili yardım maşını və 300-dən çox xilasedici cəlb edilib. Xilasedicilər ağır vəziyyətdə olan bir nəfəri xilas ediblər. Amma onun sərnişin olmadığı, sadəcə qəza zamanı hadisə yerinin yaxınlığında olduğu bildirilir.

Müdafiə nazirliyi faktla bağlı araşdırmaya başlayıb.

BAKU.WS