VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb.

Bu barədə Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyan bildirib.

Ötən şənbə günü S.Sarkisyanla keçirdiyi görüşün nəticələrinə toxunan Karapetyan deyib ki, onlar görüşdə baş nazir vəzifəsinə namizədliyin irəli sürülməsi məsələsini müzakirə ediblər.

Qeyd edək ki, Ürmənistanda martın 2-də keçirilmiş seçkilərdə Armen Sarkisyan prezident seçilib.

2015-ci ildə Ermənistan Konstitusiyasına edilmiş dəyişikliklərə əsasən bu ildən etibarən ölkə parlament idarə üsuluna keçib. Prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək.

BAKU.WS