VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Heydər Əliyev prospektində Şəfa stadionunun qarşısında yerləşən sürət portalında Koroğlu metrosu istiqamətində köməkçi yolun birinci hərəkət zolağında sürət həddi 80-km/saatdan 60 km/saata endirilib.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, irəlidə əsas yoldan köməkçi yola keçid olduğu üçün hərəkətin sağa yönləndirilməsi haqqında məlumatverici nişan əlavə edilib.

Mərkəzdən bildirilib ki, bu addım hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.
 

BAKU.WS