VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu vaxta qədər yol polisləri sürücüləri saxlayır və onları cərimələyirdi. İndi isə tam başqa bir görüntülərlə üzləşmək olur. Sürücünün yol polisi avtomobilini sürət həddini aşması səbəbindən saxlatmasının şahidi olduq. Təbii ki, hadisə Azərbaycanda deyil, ABŞ-da baş verib. Heç Azərbaycanda baş verə də bilməzdi. Çünki ölkəmizdə sürücülərin yol polislərinə artıq kəlmə deməyə imkanı yoxdur. Yoxsa həm cərimə artar, həm də ...

ABŞ-da isə sürücülər yol polislərini saxlayır və onlara qayda pozmalarına görə irad bildirirlər.

 

 

 

BAKU.WS-in məlumatına görə, belə hadisələrdən birini çəkən sürücü, sonradan həmin görüntüləri sosial şəbəkələrdə yayıb. Videodan da göründüyü kimi bu dəfə sürücü yol polisini saxladıb və ona sürət həddini aşdığına görə irad bildirir. Yol polisi isə onun dedikləri ilə tam razılaşmasa da, iradı qəbul edir, izahat verir.

Ziya Babayev

BAKU.WS