SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının böyük prospektləri arasında əlaqə genişləndirilir.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bunun üçün Ağ şəhər layihəsi çərçivəsində salınacaq yeni yollardan istifadə ediləcək. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazidə 63 yeni yolun salınması nəzərdə tutulub.

Yeni salınacaq yolların eni minimum 20, maksimum 45 metr olacaq ki, bu da kifayətqədər geniş yol sayılır. Eyni zamanda, ərazidə müasir işıqlandırma sistemi qurulacaq və piyada səkiləri salınacaq.

Qeyd edək ki, layihə çərçivəsində bir neçə müddət əvvəl salınan Xəqani Rüstəmov küçəsi də çox istifadə edilən yollardandır və pik saatlarda burada da sıxlıq müşahidə edilir.

BAKU.WS