SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bir müddət əvvəl sosial şəbəkədə və xəbər saytlarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru qayda pozan sürücünün sürücülük vəsiqəsini deşməsi barədə xəbərlər yayılmışdı.
 
Zərərçəkənin sözlərinə görə, yol polisi əməkdaşı protokol yazdıqdan sonra onun sürücülük vəsiqəsini alıb və protokolu vəsiqəyə tikib. Nəticədə vəsiqədə bir neçə deşik əmələ gəlib. Sonradan öz avtomobili ilə xaricə gedən sürücü korlanmış vəsiqəyə görə problemlə qarşılaşıb. Belə ki, xarici ölkənin yol polisi əməkdaşları deşilmiş sürücülük vəsiqəsi ilə avtomobil idarə edən soydaşımıza bunun yolverilməz olduğunu bildiriblər.
 
BAKU.WS redaksiyası mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov müraciət edərək Azərbaycan qanunvericiliyində sürücülük vəsiqəsinə bilərəkdən və ya bilməyərəkdən xətər yetirilməsinin qanunda hansısa bir cəzasının olmasını öyrəndi. Vaqif Əsədov: "Bizim öyrəndiyimizə görə, bu şəxs yol hərəkəti haqqında qanunun müxtəlif maddələrini pozduğuna görə 20-dən çox cərimə balı toplayıb. Ona görə də yol polisi əməklaşları qanuna müvafiq şəkildə sürücülük vəsiqəsindən məhrum ediblər. Sonradan da vəsiqə protokola tikilib. Daha sonra sürücünün özü də vəsiqəni bir qədər də korlayıb. Ona görə də sözügüdən problem yaşanıb. Əvvəllər sürücülük vəsiqəsinin korlanmasına görə qanunvericilikdə müəyyən cərimələr tətbiq edilirdi. Hal-hazırda bununla bağlı, qanunda bir cəza tədbiri nəzərdə tutulmur. Sürücülük vəsiqəsi itirildikdə və ya zədələndikdə Avropa standartlarına uyğun olaraq inzibatı xəta tərkibi göstərilmir.”
 
Arzu Mirzəyeva
BAKU.WS