SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rəsmiləşdirilməmiş, satıcı ilə alıcı arasında razılaşdırılmış kreditlər. Yəni alıcı avtomobili sahibindən kreditlə götürür və ödənişi də elə ona edir.

Avtomobilin nağd satışı 8000 manatdır. Lakin ilkin ödəniş 4000 manat etməklə, 24 aylıq kreditlə də avtomobili almaq mümkündür. Söhbət hər hansı bankla bağlanmış kredit müqaviləsindən getmir. Bu krediti avtomobil sahibləri özləri təklif edirlər. Avtomobil satışı saytlarında kifayət qədər bu cür kredit elanları görmək mümkündür. Məsələ bundadır ki, belə halda alıcı ilə satıcı arasında heç bir rəsmi sənədləşmə getmir. Satıcı ilkin məbləği aldıqdan sonra alıcıya sadəcə müvəqqəti etibarnamə verəcəyini deyir.

Müvəqqəti etibarnamə isə heç də avtomobilə mülkiyyət hüququ vermir. Sahibi istənilən vaxt onu ləğv elətdirə bilər. Hüquqşünas Asif Abdullayev qeyd edir ki, nəqliyyat vasitəsi ilə əlaqəli istənilən müqavilə Dövlət Yol Polisi İdarəsində qeydiyyatdan keçməlidir.
 
BAKU.WS