SİZİN REKLAM BURADA!
055 213 76 73



Nərimanov rayonunda, metro yaxınlığında yol hərəkətinin təşkilində dəyişikliklər olunub. 

BAKU.WS-in məlumatına görə, yeni dəyişikliyə əsasən Əhməd Rəcəbli küçəsindən Təbriz küçəsinə dönmək qadağandır. 

Bununla yanaşı, sfetofordan dərhal sonra geriyə də dönmək olmaz. Yeni hərəkət istiqamətinə görə, yalnız Respublika uşaq stomatoloji mərkəzinin solundakı dar yola (düzünə) gedə bilərsiniz. 

Qeyd edək ki, qaydanı pozan bütün sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci — yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə 40 manat cərimə edilirlər.

Faiq Əliyev
BAKU.WS