SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Marmara Universitetində "Marmara Universitetinin 135 illik yubiley proqramı"na qatılıb.

BAKU.WS-in məlumatına görə, tədbirdə Ərdoğanın çıxışından sonra Marmara Universitetinin tələbəsi ona hədiyyə təqdim edib.

Azərbaycanlı tələbə Tünzalə Məmmədzadə tərəfindən ipəkdə yazılmış "Quran-ı Kərim" dövlət başçısına verilib. 

Ərdoğan müqəddəs "Quran"ı öpərək bunları söyləyib:

"Hədiyyə üçün təşəkkür edirəm, çünki bu ipək üzərində yazılmış "Quran" 3 il ərzində ərsəyə gəlib. Belə bir "Quran"a layiqli bir yer tapmaq çətindir və ümid edirəm ki, hazırlayacağımız gözəl bir muzeydə bu hədiyyə saxlanılacaq".

Şahin
BAKU.WS