SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-də yayımlanan "Dəqqətli ol" verilişində maraqlı sosial çarx təqdim edilib. 

BAKU.WS-in məlumatına görə, Yalçın Alməmmədovun aparıcı olduğu verilişdə bu dəfə "dilənən" balaca qızcığazla bağlı sosial çarx yayımlanıb. 

Sosial çarxda ilk öncə qız əlində "Xəstəyəm, kömək edin" yazılmış plakatı tutur. Ancaq bu yazıya görə ona diqqət göstərən olmur. Daha sonra balaca qız eyni yerdə fərqli bir yazı qeyd edilmiş plakatla dayanır. Bu dəfə isə münasibət tamam fərqli olur. 

Əlində "Sağlamlığı olanın ümidi, ümidi olanın hər şeyi var. Ümidimi mənə qaytarın" yazılmış plakatla dayanan qıza hər kəs yardım edir. Onun vəziyyəti ilə maraqlanır və kömək etməyə çalışır.

Sosial çarxdan da göründüyü kimi düzgün formada təqdim olunan söz insanı düşündürür və bu səbəbdən də böyük önəm daşıyır.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

Şahin
BAKU.WS