» » Mehriban Əliyeva ilə qaçqın arasında səmimi söhbət: "Sizin təndir çörəyi yeməyiniz mənə ləzzət elədi" (VİDEO)


06-10-2017 | 11:40

  • 19 953

Mehriban Əliyeva ilə qaçqın arasında səmimi söhbət: "Sizin təndir çörəyi yeməyiniz mənə ləzzət elədi" (VİDEO)


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 5-də Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib. Birinci vitse-prezidenti binalardakı mənzillərdə yaradılan şəraitlə tanış olub.

Bildirildi ki, burada ikisi 80, biri isə 50 mənzilli olmaqla 3 bina inşa edilib. Bu cür layihələrin icrası bir daha sübut edir ki, dövlətimiz məcburi köçkünlərin mənzillərlə təmin olunmasına, onların sosial məsələlərinin həllinə daim böyük diqqətlə yanaşır. Belə binaların inşası həm də bu qəbildən olan vətəndaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması istiqamətində icra edilən layihələrin davamlı olduğunu nümayiş etdirir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Laçın rayonundan olan məcburi köçkün İnnaf Nəcəfovanın mənzilində oldu.

İnnaf Nəcəfova: Siz Şamaxıda olarkən təndir çörəyi yeməyiniz bilirsiniz mənə nə qədər ləzzət elədi.

Mehriban Əliyeva: Mənə də çox ləzzət elədi. Sağ olun.

İnnaf Nəcəfova: Mehriban xanım, inanın o elə gözəl mənzərə idi ki, onu sözlə təsvir etmək çox çətindir. Mən elə bilirəm ki, sözlər mənə azlıq edir, mən sevincimi, minnətdarlığımı elə bilirəm çox az şəkildə ifadə edirəm.

Mehriban Əliyeva: Çox sağ olun. Mən çox minnətdaram. Mən də sizə söyləmək istəyirəm ki, düz deyirsiniz, cənab Prezidentin bütün fəaliyyəti Azərbaycanın inkişafına həsr olunub. Onun üçün bu dünyada Azərbaycanın maraqlarından, Azərbaycan xalqının yaxşı yaşamasından üstün heç bir şey yoxdur. Amma bizim güc mənbəyimiz sizlərsiniz. Siz indi Şamaxıya səfərimizi yada saldınız. Belə səfərlərdə həm insanlarla ünsiyyətdə olursan, həm də o abadlığı, yeni yolları, yeni qəsəbələri, abadlaşmış turizm infrastrukturunu görürsən və başa düşürsən ki, bizim çox gözəl xalqımız var, çox bacarıqlı, istedadlı insanlarımız var. Siz öz taleyinizi danışdınız. Doğrudan da o dəhşətli hadisələrin iştirakçısı, o dəhşətli günlərin şahidi olmağınıza, sonra 20 ildən çox çətin şəraitdə, köçkün vəziyyətində, qəzalı binada yaşamağınıza, öz doğma torpağınıza, öz evinizə gedə bilməməyinizə baxmayaraq, siz ruhdan düşməmisiniz, işləmisiniz, çalışmısınız, ölkənin inkişafına töhfənizi vermisiniz, övladlar, nəvələr, nəticələr böyütmüsünüz. Bu, adamın ürəyində çox böyük hörmət və məhəbbət doğurur. Mən də sizə öz dərin hörmətimi və məhəbbətimi çatdırıram. İnanın ki, bu gün siz nə qədər sevinirsinizsə, mən də o qədər sevinirəm. Çünki görürəm ki, uzun illərdir doğrudan da əzab-əziyyət çəkən insanların yaşayış şəraiti bu gün yaxşılaşır. Yeni mərhələ başlayır. Bunu görəndə daha artıq qüvvə ilə çalışmaq istəyirəm ki, problemlər olmasın, onlar aradan qaldırılsın. Əminəm ki, biz buna nail olacağıq. Çətin vəziyyətdə yaşayan bütün qaçqın və məcburi köçkün ailələri ardıcıl olaraq belə gözəl yeni mənzillərə, yeni evlərə köçürüləcəklər. Əlbəttə ki, ən böyük arzumuz Qarabağ torpağına qayıtmaqdır. Mən bir daha deyirəm, Allahın köməyi, cənab Prezidentin müdrik siyasəti və insanların dəstəyi ilə buna da nail olacağıq.

BAKU.WS

GÜNÜN XƏBƏRLƏRİ


22 Октября
21 Октября
20 Октября
Top XəbərlərЛучшее на сайте
Avtomobildə diqqəti yayındıracaq söhbətə görə 40 AZN cərimələnəcəksiniz (RƏSMİ) Avtomobildə diqqəti yayındıracaq söhbətə görə 40 AZN cərimələnəcəksiniz (RƏSMİ) Əsas Xəbər / Hadisə Mehriban Əliyeva Heydər üçün şam yeməyi hazırladı (FOTO) Mehriban Əliyeva Heydər üçün şam yeməyi hazırladı (FOTO) Həyat tərzi Azərbaycanlı qız efirdəki qaynar rəqsi ilə interneti Azərbaycanlı qız efirdəki qaynar rəqsi ilə interneti "partlatdı" (VİDEO) Həyat tərzi / Video Pərvin Abıyevanın dəbdəbəli ad günündə qaynar rəqs (VİDEO) Pərvin Abıyevanın dəbdəbəli ad günündə qaynar rəqs (VİDEO) Şou-biznes / Video Azərbaycanda ekstremal soyuq dövrlərin tarixləri açıqlandı Azərbaycanda ekstremal soyuq dövrlərin tarixləri açıqlandı Sosial "Qarabağ"ın matçında hakimin şübhəli qərarı zamanı stadionda MÜƏMMALI HADİSƏ (FOTO) İdman “Heç kimin sevmədiyi çirkin qadın vardı…” – Məşhur psixoloq özündən yazdı (FOTO) “Heç kimin sevmədiyi çirkin qadın vardı…” – Məşhur psixoloq özündən yazdı (FOTO) Həyat tərzi "Əjdaha" ilə döyüş bitdi – İnanılmaz nəticə ilə o maşını tərk etdi – VİDEO Əsas Xəbər / Maşın Şou / Video Maşında Maşında "Əjdəha"nın qisası alındı - Xanımlar üçün sürpriz QƏRAR - VİDEO Əsas Xəbər / Maşın Şou / Video Instagram-da 1 ayda 60 min izləyici yığan azərbaycanlı qız: Instagram-da 1 ayda 60 min izləyici yığan azərbaycanlı qız: "Mənim bacardığımı heç kişilər də bacarmaz" (VİDEO) Həyat tərzi / Video Oğlan sosial şəbəkədə tanış olduğu qızı görüşdə görəndə şoka düşür və qaçır (VİDEO) Oğlan sosial şəbəkədə tanış olduğu qızı görüşdə görəndə şoka düşür və qaçır (VİDEO) Həyat tərzi Bakıda Ermənistan bayrağı ilə avtomobil - FOTO Bakıda Ermənistan bayrağı ilə avtomobil - FOTO Əsas Xəbər / Həyat tərzi Talıb Tale və Vüsalə Kərimova döyüşü bitdi -  Maşın əldən getdi - VİDEO Talıb Tale və Vüsalə Kərimova döyüşü bitdi - Maşın əldən getdi - VİDEO Əsas Xəbər / Maşın Şou 60 manat və 4 bal ilə cərimə olunmaq istəməyən sürücülər bu xəbəri mütləq oxusun 60 manat və 4 bal ilə cərimə olunmaq istəməyən sürücülər bu xəbəri mütləq oxusun Əsas Xəbər / Avto / Sosial Maşın Şouda gözlənilməz NƏTİCƏ - Maşın əldən getdi (VİDEO/FOTO) Maşın Şouda gözlənilməz NƏTİCƏ - Maşın əldən getdi (VİDEO/FOTO) Əsas Xəbər / Maşın Şou Bakıda restoranda yeyib-içən müştərilər hesabı ödəmədən qaçdı - Polis onları axtarır (VIDEO) Bakıda restoranda yeyib-içən müştərilər hesabı ödəmədən qaçdı - Polis onları axtarır (VIDEO) Hadisə / Video Hər iki iştirakçı sözündən dönmədi - Maşın əldən getdi – VİDEO/FOTO (YENİLƏNİB) Hər iki iştirakçı sözündən dönmədi - Maşın əldən getdi – VİDEO/FOTO (YENİLƏNİB) Əsas Xəbər / Maşın Şou Zaur canlı yayımda Sevdaya Zaur canlı yayımda Sevdaya "Biraz da rəqs elə" dedi, müğənni ərinə boylandı (VİDEO) Şou-biznes / Video Maşında ŞOK NƏTİCƏ: Rauf Mehribana qarşı çıxdı və... (VİDEO) Maşında ŞOK NƏTİCƏ: Rauf Mehribana qarşı çıxdı və... (VİDEO) Əsas Xəbər / Maşın Şou / Video Bakıda dəhşətli qəza: övladını qarşılamağa gedən ana... - VİDEO - FOTO Bakıda dəhşətli qəza: övladını qarşılamağa gedən ana... - VİDEO - FOTO Hadisə / Video
Son əlavəПоследние публикации
Maşında xanımların qələbəsi: Yarımfinalda iki cənab üz-üzə
22 октябрь 2017

Maşında xanımların qələbəsi: Yarımfinalda iki cənab üz-üzə

1 172 Əsas Xəbər / Maşın Şou
Bakıda həbsxanada nikah mərasimi baş tutdu
22 октябрь 2017

Bakıda həbsxanada nikah mərasimi baş tutdu

3 914 Sosial
Seks kuklalarından ibarət ilk bordel açıldı
22 октябрь 2017

Seks kuklalarından ibarət ilk bordel açıldı

6 275 Həyat tərzi
Azərbaycanda ev tikmək istəyənlər üçün — YENİ QƏRAR
22 октябрь 2017

Azərbaycanda ev tikmək istəyənlər üçün — YENİ QƏRAR

5 349 Əsas Xəbər / Sosial
Sabaha olan hava proqnozu açıqlandı
22 октябрь 2017

Sabaha olan hava proqnozu açıqlandı

838 Həyat tərzi
22 октябрь 2017

"Bozbash pictures"i sevənlərə xoş xəbər

5 438 Şou-biznes
Cəbhədə son vəziyyət
22 октябрь 2017

Cəbhədə son vəziyyət

214 Qarabağ
13 yaşlı Sevda rəqsi ilə Rusiyanı özünə heyran qoydu (VİDEO)
22 октябрь 2017

13 yaşlı Sevda rəqsi ilə Rusiyanı özünə heyran qoydu (VİDEO)

5 018 Şou-biznes / Video