055 213 76 73
Bakının, o cümlədən Abşeron yarımadasının bir sıra ərazilərində sürüşmə zonaları aktivləşib.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, sürüşmə sahələrinin yeni tərtib edilən albomunda Bakının 14 ərazisi təhlükəli sürüşmə sahəsi kimi qeydə alınıb. Həmin ərazilərdə isə hər hansı bir tikinti işlərinin aparılması qadağandır. Amma buna baxmayaraq bəzi ərazilərdə hələ də tikinti işləri davam edir.
Əksər hallarda sürüşmənin aktiv olduğu torpaq sahələri alqı satqı zamanı satan şəxs tərəfindən alıcıya bildirilmir. Elə bu səbəbdən də vətəndaşlar ərazilərlə bağlı tam məlumatlı olmadan evlər tikir, sonra da problemlərlə üzləşirlər. Mütəxəsislər torpaq alarkən vətəndaşları daha diqqətli olmağa çağırır.